НОВОСТИ

Связаться с нами

Колл Центр: (012) 404-08-08

Он-лайн запись

Записаться к врачу можно здесь

Медицинские работники Центрального Таможенного Госпиталя сопроводили пациента в Индию

MGH-nin Təcili tibbi yardım xidməti pasiyenti Hindistana müşayiət etdi!


Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım bölməsinin rəisi Rəna Qasımova və bölmənin baş tibb bacısı Təhminə Sultanova 5-10 noyabr tarixlərdə 27 yaşlı dilatasion kardiomiopatiya diaqnozu ilə son 4 il müalicə alan pasiyenti Hindistanın Keral ştatında ürək transplantasiyası əməliyyatı olunması üçün müşayiət etdilər.


16 saat təyyarə uçuşu zamanı (Bakıdan Dohaya və oradan Hindistanın Kalikut şəhərinə) pasiyentin ürək döyüntüsü, təzyigi, nəfəs ritmi daim həkimimizin nəzarəti altında oldu.


Təyyarə endikdən sonra tibb işçilərimizin peşəkarlığı və operativliyi sayəsində pasiyent dərhal Metromed International Cardiac Centre (MİCC) hospitala çatdırıldı və diaqnozunun təsdiqlənilməsi üçün hospital nümayəndəri tərəfindən müayinə prosedurları aparıldı.


Xəstə ürək transplantasiyası əməliyyatı olunması üçün məlumat bazasına qeydə alındı.


Pasiyentin üzərində aparılan bütün müayinələrdə iştirak edən nümayəndələrimiz onun vəziyyəti ilə bağlı MİCC hospitalın direktoru və baş invaziv kardioloqu Dr.Muhamed Mustafa və professor, invaziv-kardioloq Dr. Girish ilə görüş keçirdilər. Bu görüşdə hospitalın direktoru həkimlərimizin apardığı işi yüksək giymətləndirərək pasiyentin gələcək müayinələri və əməliyyat planları haqqında geniş məlumat verdi.


Sonra direktor tibb işçilərimizi hospitalın fəaliyyəti ilə yaxından tanış etdi.