Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Elmi-Təcrübi və Tədris Mərkəzi Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərən tibb işçilərinin bilik səviyyələrinin artırılması, göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə çalışacaq.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, tanınmış ürək cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudovun rəhbərlik etdiyi bu Mərkəz tərəfindən mütəmadi olaraq nəzəri və praktiki simpoziumların, konfransların və elmi-təcrübi müzakirələrin keçirilməsi, müxtəlif xəstəliklərin müayinə və müalicəsi taktikalarının müəyyənləşdirilməsində konsultativ kömək göstərilməsi, tibb elminin və tibbi texnikanın ən yeni nəaliyyətlərinin dərindən öyrənilməsi, mənimsənilməsi və praktikada tətbiq edilməsindən ötrü tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Последние новости