VEBİNARIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
“Kliniki laborator müayinələrin yeni nəsil Sysmex sistemləri vasitəsi ilə tədqiqi” mövzusunda Vebinar keçiriləcək.
5 iyul 2022-ci il Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Spektrmed şirkətinin təşkilatçılığı ilə “Kliniki laborator müayinələrin yeni nəsil Sysmex sistemləri vasitəsi ilə tədqiqi” mövzusunda Vebinar həyata keçiriləcək.
Vebinarda Spektrmed şirkətinin Axın Sitometriyası və Klinik Kimya üzrə Məhsul Meneceri Ramazan Ayaş və Hematologiya və Koaqulyasiya üzrə Məhsul Meneceri Özgen Büyükgöze kliniki laborator müayinələrin yeni nəsil, Yaponiya istehsalı Sysmex sistemləri vasitəsi ilə tədqiqi prinsiplərinə dair məruzə ilə çıxış edəcək, eləcə də dinləyiciləri maraqlandıran sualları cavablandıracaqlar.
Vebinar saat 15:00-dan 17:00-dək Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.
Hərkəsi Vebinarı izləməyə dəvət edirik!
05 İYUL 2022
AÇILIŞ NİTQLƏRİ
İsmayıl Əfəndiyev
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d.,
dosent
Zülfü Bayramlı
Spektrmed şirkətinin satış və marketinq
şöbəsinin baş mütəxəssisi
MƏRUZƏÇİLƏR
Ramazan Ayas
Axın Sitometriyası və Klinik Kimya üzrə Məhsul Meneceri
Özgen Büyükgöze
Hematologiya və Koaqulyasiya üzrə Məhsul Meneceri