KONFRANSIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

      MƏQSƏD

  • İnfeksion və qeyri-infeksion hepatitlərin müalicə və diaqnostikasının müasir aspektləri barədə müvafiq ixtisaslı mütəxəssislərin maarifləndirilməsi 

 

      VƏZİFƏLƏR

  • Yerli ekspertlərin iştirakı ilə infeksion və qeyri-infeksion hepatitlərdə sıx rast gəlinən müzakirəli mövzular barədə mütəxəssislərarası təcrübə mübadiləsinin təşkili
  • Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində panel müzakirələrin və sual-cavab sesiyalarının təşkil olunması 


 

  • Konfransda iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir!

“İnfeksion və qeyri-infeksion hepatitlərin müalicə və diaqnostikasına müasir yanaşma” mövzusunda Elmi Konfrans keçiriləcək.

 

6 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azəri Toksikoloqlarının Dərnəyi” İctimai Birliyinin, “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin,  “Azərbaycan İnfeksion Xəstəlikləri və Kliniki Mikrobiologiya Cəmiyyəti”-nin və Materia Medica şirkətinin birgə təşkilatçılığı ilə “İnfeksion və qeyri-infeksion hepatitlərin müalicə və diaqnostikasına müasir yanaşma” mövzusunda Elmi Konfrans həyata keçiriləcək.

 

Konfransda “İnfeksion hepatitlərin müalicə və diaqnostikasına müasir yanaşma” və  “Qeyri-infeksion hepatitlərin müalicə və diaqnostikasına müasir yanaşma” başlıqlı 2 paneldə müvafiq sahənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən ümumilikdə 8 məruzə təqdim olunacaq, eyni zamanda dinləyicilərin sualları cavablandırılacaq və panel müzakirələr təşkil olunacaq.


Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə Konfrans hibrid formatda həyata keçiriləcək. Belə ki, Konfrans əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək. Proqrama uyğun olaraq konfrans ümumi cərrah, terapevt, qastroenteroloq, toksikoloq, infeksionist və laborant ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur. 
 

 

  • Elmi Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.
  • Konfransda iştirak ödənişsizdir!  
  • Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

06 MART 2023

AÇILIŞ NİTQİ

İsmayıl Əfəndiyev

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent

Rəşad Mahmudov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim

Fərrux Sədirov 

Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri, Hepatit Komissiyasının sədri

MODERATORLAR 

Dr. Fərrux Sədirov 

Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri, Hepatit Komissiyasının sədri

 

Dr. Gülnarə Ağayeva

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Daxili xəstəliklər kafedrasının dosenti, t.ü.f.d.

Dr. Vasif Əliyev 

Baku Medical Plazanın həkim-infeksionisti

Dr. Namiq Novruzov 

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin rəisi

 

MƏRUZƏÇİLƏR 

Dr. İskender Karaltı

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının laboratoriya müdiri, dosent 

 

Dr. Yusif Alxazov 

Euromed klinikasının infeksionisti

Dr. Mədinə Abdullayeva 

Mərkəzi Gömrük Hospitalının infeksionisti

Dr. Vasif Əliyev 

Baku Medical Plazanın həkim-infeksionisti

 

Dr. Cəlilova Rəqsanə

Aysmed klinikasının infeksionisti 

Dr. Gülnarə Ağayeva

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Daxili xəstəliklər kafedrasının dosenti, t.ü.f.d.

Dr. Mircəlal Kazımi

Mərkəzi Gömrük Hospitalın Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d.

 

Dr. İsmayıl Əfəndiyev

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent