KONFRANSIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

      MƏQSƏD

  • Pediatrik immunologiya və infeksion xəstəliklər haqqında mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi 

 

      VƏZİFƏLƏR

  • Uşaq sağlamlığının təmin edilməsi istiqamətində çalışan müxtəlif ixtisaslı mütəxəssislər arasında təcrübə mübadiləsinin təmin olunacağı vahid platformanın yaradılması
  • Pediatrik immunologiya və infeksion xəstəliklərlə bağlı interaktiv müzakirələrin təşkil edilməsi vasitəsilə yerli və beynəlxalq mütəxəssislərarası məlumat mübadiləsinin təmin edilməsi


 

  • Konfransda iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir!

"1 mart Ümumdünya İmmunitet Günü"nə həsr olunmuş "Pediatrik immunologiya və infeksion xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək

 

1-2 mart 2022-ci il tarixlərində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "1 mart Ümumdünya İmmunitet Günü"nə həsr olunmuş "Pediatrik immunologiya və infeksion xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçiriləcək.


Onlayn şəkildə ZOOM platforması üzərindən həyata keçirilməsi planlaşdırılan Beynəlxalq Elmi Konfransda “Uşaqlarda immun sistemin formalaşması”, “Uşaqların immun sistemində yaranan problemlər”, “Vaksinasiya”, “Limfoadenopatiyalı uşaqlara yanaşma”, “İnfeksiyaya nəzarət tədbirləri” və “İnfeksiyalara müasir yanaşma” başlıqlı 6 paneldə Türkiyə və Azərbaycanın professor-həkim heyəti tərəfindən ümumilikdə 17 məruzə dinləniləcək. Məruzələrlə yanaşı Konfrans interaktiv panel müzakirələri və sual-cavab sessiyaları vasitəsilə davam edəcək.


Konfrans proqrama uyğun olaraq xüsusilə pediatr, neonatoloq, immunoloq, anestezioloq-reanimatoloq, infeksionist, uşaq-cərrahı və revmatoloq ixtisasına malik həkimlər üçün nəzərdə tutulmuşdur. 

 

  • Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 16 DTT balı və sertifikat veriləcək.
  • Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
  • Konfransda iştirak ödənişsizdir. Hərkəs konfransda iştirak üçün dəvətlidir! 

1 MART 2022                    I GÜN

AÇILIŞ NİTQLƏRİ

İsmayıl Əfəndiyev 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, tibb xidməti mayoru, Azərbaycan   

Rəşad Mahmudov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim, Azərbaycan

Rüstəm Hüseynov

Səhiyyə Nazirliyinin baş neonatoloqu, ETMGİ-nin Neonatal reanimasiya şöbəsinin müdiri, Azərbaycan

Erkin Rəhimov

Səhiyyə Nazirliyinin baş pediatrı, "Baku Medical Plaza Klinikası"nın Pediatriya və neonatologiya şöbəsinin müdiri, Azərbaycan

Ömer Erdeve  

Ankara Universiteti Tibb Fakultəsinin professoru, Neonatologiya Cəmiyyətinin idarə heyətinin üzvü, Türkiyə

Merih Çetinkaya

Sağlık Bilimleri Üniversiteti Başakşehir Çam və Sakura Xəstəxanasının neonatoloq-reanimatoloqu, Türkiyə

PANEL RƏHBƏRLƏRİ

t.ü.f.d Allahverdi Musayev

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Azərbaycan

Prof. Dr. Merih Çetinkaya

Sağlık Bilimleri Üniversiteti Başakşehir Çam və Sakura Xəstəxanasının neonatoloq-reanimatoloqu, Türkiyə

Dr. Erkin Rəhimov

Səhiyyə Nazirliyinin baş pediatrı, "Baku Medical Plaza Klinikası"nın Pediatriya və neonatologiya şöbəsinin müdiri, Azərbaycan

Prof. Dr. Nazan Çobanoğlu

Ankara Üniversiteti Tibb Fakultəsinin pediatrı, Türkiyə

Dr. Təranə Göyüşova

Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu, Azərbaycan

MƏRUZƏÇİLƏR 

Prof. Dr. Nesrin Gülez

Sağlıq Bilimləri Universiteti İzmir Dr. Behçet Uz Uşaq Sağlamlığı, Xəstəlikləri və Cərrahiyyəsi SUAM Xəstəxanasının pediatrı, Türkiyə

Prof. Dr. Özgür Kasapçopur

İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin şöbə müdiri, pediatr-revmatoloqu, Türkiyə

Prof. Dr. Nazan Çobanoğlu

Ankara Üniversiteti Tibb Fakultəsinin pediatrı, Türkiyə

Doç. Dr. Neslihan Karaca

Ege Universiteti Tibb Fakultəsinin pediatr-immunoloqu, Türkiyə

Dr. Aygün Sadıxova

Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu, Azərbaycan 

Doç. Dr. Emin Karaca

Ege Universiteti Tibb Fakultəsinin pediatr-immunoloqu, Türkiyə

Prof. Dr. Merih Çetinkaya

Sağlık Bilimleri Üniversiteti Başakşehir Çam və Sakura Xəstəxanasının neonatoloq-reanimatoloqu, Türkiyə

Dr. Telman Aytayev

Mərkəzi Gömrük Hospitalının Pediatriya və neonatologiya şöbəsinin rəisi, pediatr-neonatoloq-reanimatoloqu, Azərbaycan 

Prof. Dr. Betül Ulukol 

Ankara Universiteti Tibb Fakultəsinin pediatrı, Türkiyə

2 MART 2022                   II GÜN

AÇILIŞ NİTQLƏRİ

Elman Məmmədov

Mərkəzi Gömrük Hospitalının rəisi, tibb xidməti polkovniki, Azərbaycan

Allahverdi Musayev

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Azərbaycan

Fahrı Ovalı

İstanbul Mədəniyyət Universiteti Tibb Fakultəsinin neonatoloqu, Türkiyə

PANEL RƏHBƏRLƏRİ

Dr. Telman Aytayev

Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsinin rəisi, pediatr-neonatoloq-reanimatoloqu, Azərbaycan 

Doç. Dr. Neslihan Karaca

Ege Universiteti Tibb Fakultəsinin pediatr-immunoloqu , Türkiyə

Dr. Rüstəm Hüseynov

Səhiyyə Nazirliyinin baş neonatoloqu, ETMGİ-nin Neonatal reanimasiya şöbəsinin müdiri, Azərbaycan

Doç. Dr. Emel Okulu

Ankara Universiteti Tibb Fakultəsinin neonatoloq-reanimatoloqu, Türkiyə

t.ü.f.d. Sevda Əsədova 

Mərkəzi Klinik Xəstəxananın Pediatriya və neonatologiya şöbəsinin müdiri, pediatr-neonatoloqu, Azərbaycan

Prof. Dr. Fahrı Ovalı

İstanbul Mədəniyyət Universiteti Tibb Fakultəsinin neonatoloqu, Türkiyə

MƏRUZƏÇİLƏR 

Dr. Telman Aytayev

Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsinin rəisi, pediatr-neonatoloq-reanimatoloqu, Azərbaycan 

Dr. Nigar Mirzəyeva

Mərkəzi Gömrük Hospitalının pediatrı, Azərbaycan

Doç. Dr. Sait Karaman 

Manisa Şəhər Xəstəxanasının infeksionisti, Türkiyə

t.ü.f.d. Sevda Əsədova

Mərkəzi Klinik Xəstəxananın Pediatriya və neonatologiya şöbəsinin müdiri, pediatr-neonatoloqu, Azərbaycan

Doç. Dr. Emel Okulu

Ankara Universiteti Tibb Fakultəsinin neonatoloq-reanimatoloqu, Türkiyə 

Prof. Dr. Fahrı Ovalı

İstanbul Mədəniyyət Universiteti Tibb Fakultəsinin neonatoloqu, Türkiyə

Doç. Dr. Özlem Özgür Gündeşlioğlu

Çukurova Universiteti Tibb Fakultəsinin pediatrı, Türkiyə 

Dr. Vüsal Cəfərov

Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı, Azərbaycan