KONQRESİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” həyata keçiriləcək.
10 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Florence Nightingale Xəstəxanalar Qrupunun, Fetal Genetik Mərkəzin, Səhiyyə Televiziyasının, Unity Company, Bübchen və Ascent MMC şirkətlərinin əməkdaşlığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” həyata keçiriləcək.
Konqresdə “Neonatal reanimasiyada sıx rast gəlinən hallar”, “Yenidoğulmuşlarda respirator dəstək strategiyaları” və “Neonatologiyada genetik skrininq metodları” başlıqlı 3 paneldə ümumilikdə 8 məruzə təqdim olunacaq. Azərbaycan və Türkiyənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdim olunacaq məruzələrdə ən son tibbi məlumatlar əks olunacaq, konqres sual-cavab sessiyaları və panel müzakirələri ilə davam etdiriləcək.
Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə Konqres hibrid formatda həyata keçiriləcək. Proqrama uyğun olaraq konqresdə pediatr, neonatoloq, anestezioloq-reanimatoloq, genetik, uşaq cərrahı, kardioloq, mama-ginekoloq, təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, hematoloq və endokrinoloq ixtisasına malik həkimlər və rezidentlər iştirak edə bilər.
10 DEKABR 2022
AÇILIŞ NİTQİ
Ceyhun Məmmədov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim, Azərbaycan
Rəşad Mahmudov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim, Azərbaycan
Rüstəm Hüseynov
Səhiyyə Nazirliyinin baş neonatoloqu, ETMGİ-nin Neonatal reanimasiya şöbəsinin müdiri, Azərbaycan
Prof. Dr. Merih Çetinkaya
Sağlık Bilimleri Üniversiteti Başakşehir Çam ve Sakura Xəstəxanasının professoru, Türkiyə
MODERATORLAR
Dr. Rüstəm Hüseynov
Səhiyyə Nazirliyinin baş neonatoloqu, ETMGİ-nin Neonatal reanimasiya şöbəsinin müdiri, Azərbaycan
Dr. Telman Aytayev
Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsinin rəisi, Azərbaycan
Prof. Dr. İpek Akman
Florence Nightingale Xəstəxanalar Qrupunun uşaq sağlamlığı və xəstəlikləri uzmanı, neonatoloq, Türkiyə
Dr. Sevda Əsədova
Mərkəzi Klinikanın Pediatriya və Neonatologiya şöbəsinin müdiri, Azərbaycan
Prof. Dr. Merih Çetinkaya
Sağlık Bilimleri Üniversiteti Başakşehir Çam ve Sakura Xəstəxanasının professoru, Neonatologiya Cəmiyyətinin İdarə heyətinin üzvü, Türkiyə
Dr. Təranə Göyüşova
Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsinin pediatr-neonatoloq-reanimatoloqu, Azərbaycan
MƏRUZƏÇİLƏR
Prof. Dr. Merih Çetinkaya
Sağlık Bilimleri Üniversiteti Başakşehir Çam ve Sakura Xəstəxanasının professoru, Türkiyə
Dr. Ozan Uzunhan
Florence Nightingale Xəstəxanalar Qrupunun uşaq sağlamlığı və xəstəlikləri uzmanı, neonatoloq, Türkiyə
Dr. Telman Aytayev
Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsinin rəisi, Azərbaycan
Prof. Dr. İpek Akman
Florence Nightingale Xəstəxanalar Qrupunun uşaq sağlamlığı və xəstəlikləri uzmanı, neonatoloq, Türkiyə
Dr. Lalə Rzayeva
Elmi Tədqiqat Mama-Ginekologiya İnstitutunun elmi işçisi , Azərbaycan
Prof. Dr. Volkan Baltacı
Mikrogenlab Genetik Mərkəzin genetiki, Türkiyə