TƏDBİRİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
Könüllü gömrükçü dəstəsinin üzvləri arasında ilk tibbi yardımla bağlı nəzəri və praktiki bilik və bacarıqların təbliği;
Həkiməqədər ilk tibbi yardımın düzgün və zamanında göstərilməsinin vacibliyi barədə könüllü gömrükçü dəstəsinin məlumatlandırılması.
"Ümumdünya İlk Tibbi Yardım Günü”nə həsr edilmiş TƏDBİR keçiriləcək.
10 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin təşəbbüsü, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Könüllü Gömrükçü dəstəsinin birgə təşkilatçılığı ilə 10 sentyabr " Ümumdünya İlk Tibbi Yardım Günü”nə həsr edilmiş tədbir keçiriləcək.
Tədbirdə müxtəlif zədələnmələr, həyati təhlükəli hallar, o cümlədən, ilan, əqrəb, hörümçək, həşərat və digər sancmaları, eləcə də müxtəlif zəhərlənmələr zamanı düzgün ilk yardımın göstərilməsi ilə bağlı qeyri-formal tədris metodları əsasında nəzəri və praktiki hissələrdən ibarət təlim həyata keçiriləcək.
Dövlət Gömrük Komitəsinin Akademiyasının akt zalında əyani olaraq həyata keçiriləcək tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının rəsmi nümayəndələrinin, o cümlədən könüllü gömrükçü dəstəsinin üzvlərinin iştiraki nəzərdə tutulub.
Tədbirin yekun müzakirə sessiyasının həyata keçirilməsi və xatirə fotosunun çəkilməsi ilə yekunlaşdırılması planlaşdırılır.
09 SENTYABR 2022
AÇILIŞ NİTQLƏRİ
Qulu Novruzov
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru
Vüqar Əliyev
Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, "Könüllü gömrükçü" dəstəsinin rəhbəri
MƏRUZƏÇİLƏR
Racu Nəbiyev
Mərkəzi Gömrük Hospitalının ilk yardım həkimi
Hüseyn Qasımov
Dövlət Gömrük Komitəsinin Tibb Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin baş müfəttişi
İsmayıl Əfəndiyev
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, tibb xidməti mayoru