FORUMUN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

      MƏQSƏD

  • Gənclərin sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin fəsadları, sağlamlıq üçün təhlükələri, eləcə də sağlam qidalanma və fiziki aktivliyin əhəmiyyəti barədə məlumatlandırılması.

 

      VƏZİFƏLƏR

  • Gənclər arasında sağlam həyat tərzinin təbliği ilə bağlı geniş məlumatlandırılmanın həyata keçirilməsi.
  • Gənclərin zərərli vərdişlərin fəsadları və onlardan imtina üsulları barədə maarifləndirilməsi.


 

II ZƏRƏRLİ VƏRDİŞLƏRLƏ MÜBARİZƏ VƏ SAĞLAM HƏYAT TƏRZİ FORUMU keçiriləcək

 

11 avqust 2023-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Könüllü Gömrükçü dəstəsinin birgə təşkilatçılığı ilə "Beynəlxalq Gənclər Günü”nə həsr edilmiş “II Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi Forum”u keçiriləcək. 


Forumda zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzinin təbliği istiqamətində gənclər üçün zəruri olan müxtəlif mövzularda təqdimatların dinlənilməsi, müzakirələr və interaktiv sual-cavab sesiyaları vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
Mərkəzi Gömrük Hospitalının akt zalında saat 14:00-dan 16:00-dək davam edəcək Forumda rəsmi nümayəndələr, könüllülər və gənclər təşkilatlarının üzvlərinin iştirak etməsi nəzərdə tutulub. 


Forumun müzakirə sessiyası və iştirakçılara sertifikatların təqdim edilməsi ilə yekunlaşdırılması planlaşdırılır.

11 AVQUST 2023

AÇILIŞ NİTQLƏRİ

İsmayıl Əfəndiyev                 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent

Pərvin Məmmədov 

Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin Sosial İnnovasiyalar şöbəsinin rəisi, gömrük xidməti polkovniki 

Vüqar Əliyev

Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katib 


MƏRUZƏÇİLƏR

İsmayıl Əfəndiyev                 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, Avropa Toksikoloqlar və Toksikologiya Mərkəzləri Assosiasiyasının üzvü 

Şəhla Mirzəzadə

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi

Mədinə Abdullayeva 

Mərkəzi Gömrük Hospitalının infeksionisti

Səidə Kərimova

Mərkəzi Gömrük Hospitalının fizioterapevti

Məlahət Kərimova

Mərkəzi Gömrük Hospitalının dietoloqu

Gülay Məmmədzadə 

Mərkəzi Gömrük Hospitalının psixiatrı