KONFRANSIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

      MƏQSƏD

  • Covid-19 virus infeksiyasına yoluxmuş hamilələrin perinatal dövrdə diaqnostikası,  müalicəsi və profilaktikası il bağlı müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi 

 

      VƏZİFƏLƏR

  • Covid-19 infeksiyasına yoluxmuş qadınlarda hamiləlik və sonrakı dövr müalicəsində multidisiplinar yanaşmanın vacibliyi barədə maarifləndirmənin həyata keçirilməsi
  • Müxtəlif ixtisaslı həkimlər arasında koronaviruslu hamilələrdə erkən və gecikmiş fəsadların diaqnostika və müalicəsi barədə təcrübə mübadiləsinin təmin edilməsi


 

  • Konfransda iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir!

"COVID-19 pandemiyası zamanı mamalıq və ginekoloji problemlərə müasir baxış" mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək

 

11 fevral 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "COVID-19 pandemiyası zamanı mamalıq və ginekoloji problemlərə müasir baxış" mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçiriləcək.


Onlayn şəkildə ZOOM platforması üzərindən həyata keçirilməsi planlaşdırılan Beynəlxalq Elmi Konfransda “Hamiləlik zamanı COVID-19 infeksiyası”, “Hamiləlikdə  COVID-19: diaqnostik və müalicə xüsusiyyətləri” və “COVID-19-un qadın reproduktiv sağlamlığına təsiri” başlıqlı 3 paneldə ümumilikdə 11 məruzə dinləniləcək. Konfrans panel müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.


Konfrans proqrama uyğun olaraq xüsusilə mama-ginekoloq, anestezioloq-reanimatoloq, radioloq, psixiatr, infeksionist, neonatoloq, pediatr ixtisasına malik həkimlər üçün nəzərdə tutulmuşdur.

 

  • Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya DTT balı və sertifikat veriləcək.
  • Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
  • Konfransda iştirak ödənişsizdir. Hərkəs konfransda iştirak üçün dəvətlidir! 

11 FEVRAL 2022

AÇILIŞ NİTQLƏRİ

İsmayıl Əfəndiyev 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent
    

Rəşad Mahmudov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris 

Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim

Hicran Bağırova

Azərbaycan Tibb Universitetinin II Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d., professor, əməkdar elm xadimi 

Leyla Rzaquliyeva

Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d., professor

Səadət Sultanova

Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının t.e.d., professoru, I Mamalıq-ginekologiya şöbəsinin müdiri

PANEL RƏHBƏRLƏRİ

Hicran Bağırova

Azərbaycan Tibb Universitetinin II Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d., professor, əməkdar elm xadimi 

Ferid Saracoğlu

Avropa Kosmetik və Rekonstruktiv Ginekologiya Cəmiyyətinin prezidenti, professor

Leyla Rzaquliyeva

Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d., professor

Təranə Bayramova

Mərkəzi Gömrük Hospitalının Mamalıq-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d.

Səadət Sultanova 

Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının t.e.d., professoru, I Mamalıq-ginekologiya şöbəsinin müdiri

Banu Aygün Kumbak   

İstanbul Aydın Universitetinin professoru, İstanbul Aydın Universiteti Xəstəxanasının Süni Mayalanma Mərkəzinin rəhbəri

MƏRUZƏÇİLƏR 

Təranə Bayramova

Mərkəzi Gömrük Hospitalının Mamalıq-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d.

Səadət Sultanova 

Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının t.e.d., professoru, I Mamalıq-ginekologiya şöbəsinin müdiri

Namaz İbrahimov 

Azərbaycan Tibb Universitetinin Anesteziologiya və reanimasiya kafedrasının asisstenti, t.ü.f.d.

Leyla Məmmədova

Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının dosenti, t.ü.f.d.

Aygün Rüstəmxanlı

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri

Azər Fərəc

Oksigen Klinik Xəstəxanasının Fetal Diaqnostika Mərkəzinin direktoru

Məlahət Sultanova                       

Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası kafedrasının müdiri, t.e.d., prof.

Sevda Katibli

Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti, t.ü.f.d. 

Sədi Allahverdiyev

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.ü.f.d.

Mahirə İsmayılova

Mərkəzi Klinik Xəstəxananın Qadın Sağlamlığı Mərkəzinin rəhbəri, t.ü.f.d

Mədinə Abdullayeva 

Mərkəzi Gömrük Hospitalının infeksionisti