TƏDBİRİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

      MƏQSƏD

  • Sidik yolları infeksiyalarının diaqnostikası və müalicəsinə kompleks yanaşmanın vacibliyi barədə müvafiq ixtisaslı mütəxəssislərin maarifləndirilməsi 

 

      VƏZİFƏLƏR

  • Sidik yolları infekiyalarının diaqnostikasında müasir üsulların tətbiqi ilə bağlı mütəxəssislərarası təcrübə mübadiləsinin təşkili
  • Yerli və beynəlxalq ekpertlərin iştirakı ilə sual-cavab və müzakirə sessiyalarının təşkili


 

  • Konfransda iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir!

“Sidik yolları infeksiyalarının diaqnostikası və müalicəsinə kompleks yanaşma” mövzusunda Elmi Konfrans həyata keçiriləcək.

 

11 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Nəsil Qrup MMC və Ascent MMC şirkətlərinin birgə təşkilatçılığı ilə “Sidik yolları infeksiyalarının diaqnostikası və müalicəsinə kompleks yanaşma” mövzusunda Elmi Konfrans həyata keçiriləcək.

 

Konfrans zamanı yüksəkixtisaslı mütəxəssislər tərəfindən sidik yolları infeksiyalarının diaqnostika və müalicəsi ilə bağlı tibbin ən son yeniliklərini özündə əks etdirən məruzələr təqdim ediləcək, sual-cavab və müzakirələr təşkil ediləcək.

 

Konfrans proqrama uyğun olaraq laborant, virusoloq, mikrobioloq, uroloq, infeksionist, uşaq cərrahı, histomorfoloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur. Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 6 DTT balı və sertifikat veriləcək.

 

Tədbir əyani olaraq saat 13:30-dan 18:00-dək Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq ZOOM platformasında həyata keçiriləcək.

 

  • Tədbirdə əyani iştirak dəvət əsasında ödənişsizdir, distant iştirak üçün ödəniş isə 20 AZN təşkil edir. 
  • Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

 

11 NOYABR 2022

AÇILIŞ NİTQİ

Elman Məmmədov

Mərkəzi Gömrük Hospitalın rəisi 

MƏRUZƏÇİLƏR 

Naibə Əliyeva

Mərkəzi Gömrük Hospitalının Kliniki diaqnostik laboratoriyasının həkimi

 

Ülkər Məmmədova

Mərkəzi Gömrük Hospitalının Mikrobioloji laboratoriyasının həkimi

Dos. Dr. İskender Karaltı

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının laboratoriya müdiri

Bəhruz Xalıqov

Mərkəzi Gömrük Hospitalının

Urologiya şöbəsinin rəisi

 

Canan Kızılkaya

Biomerieux şirkətinin İdentifikasiya Məhsulları üzrə Meneceri 

Zərifə Yusifli

Mərkəzi Gömrük Hospitalının Patomorfoloji diaqnostika şöbəsinin rəisi

Vüsal Cəfərov

Mərkəzi Gömrük Hospitalının

uşaq cərrahı