FORUMUN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
"ZƏRƏRLİ VƏRDİŞLƏRLƏ MÜBARİZƏ VƏ SAĞLAM HƏYAT TƏRZİ" mövzusunda FORUM keçiriləcək
12 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Könüllü Gömrükçü dəstəsinin birgə təşkilatçılığı ilə 12 avqust "Beynəlxalq Gənclər Günü”nə həsr edilmiş “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” mövzusunda Forum keçiriləcək.
Forumda zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzinin təbliği istiqamətində gənclər üçün zəruri olan müxtəlif mövzularda təqdimatların dinlənilməsi, eləcə də, Forumun müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçirilməsi planlaşdırılır.
Bakı Baş Gömrük İdarəsinin akt zalında əyani olaraq həyata keçiriləcək Forumda müxtəlif dövlət qurumlarının rəsmi nümayəndələrinin, könüllülər və gənclər təşkilatlarının üzvlərinin iştirak etməsi nəzərdə tutulub.
Forumun yekun müzakirə sessiyası və iştirakçılara sertifikatların təqdim edilməsi ilə yekunlaşdırılması planlaşdırılır.
12 AVQUST 2022
AÇILIŞ NİTQLƏRİ
Vüqar Əliyev
Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, "Könüllü gömrükçü" dəstəsinin rəhbəri
Rəşad Mahmudov
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim
Qədir Xəlilov
Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorun müavini
Yusif Vəliyev
Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri
MƏRUZƏÇİLƏR
İsmayıl Əfəndiyev
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, Avropa Toksikoloqlar və Toksikologiya Mərkəzləri Assosiasiyasının üzvü
Səbuhi Dadaşov
Mərkəzi Gömrük Hospitalının damar cərrahı
Səidə Kərimova
Mərkəzi Gömrük Hospitalının fizioterapevti
Məlahət Kərimova
Mərkəzi Gömrük Hospitalının dietoloqu
Şəhla Mirzəzadə
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi