FORUMUN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

      MƏQSƏD

  • Orta tibb personalının bilik və bacarıqlarının təkmilləşdirilməsi 

 

      VƏZİFƏLƏR

  • Orta tibb bacıları arasında nəzəriyyə və təcrübənin vəhdətinin vacibliyi barədə maarifləndirmə
  • Yerli və beynəlxalq ekspertlər arasında müzakirələrin təşkil olunması vasitəsilə təcrübə mübadiləsinin təmin edilməsi


 

  • Forumda iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir!

Tibb Bacılarının I Respublika Forumu keçiriləcək

 

12 may 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, eləcə də Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Türkiyənin Florence Nightingale Xəstəxanalar qrupu və “Dayaq“ patronaj xidmətinin əməkdaşlığı ilə 12 may Beynəlxalq Tibb Bacısı Gününə həsr edilmiş

Tibb Bacılarının I Respublika Forumu həyata keçiriləcək.


Hibrid formatda həyata keçiriləcək Forumda “Orta tibb işçisinin müasir hazırlıq hədəfləri”, “Tibb bacısının işində nəzəriyyənin təcrübəyə tətbiqi”, “Tibb bacılarının peşəkar fəaliyyət standartları” başlıqlı 3 sessiyada Azərbaycan, Türkiyə və ÜST-nin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən hazırlanmış ümumilikdə 14 məruzə dinləniləcək. Forum sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.

 

  • Forum proqrama uyğun olaraq tibb bacıları üçün nəzərdə tutulmuşdur. 
  • Forum əyani olaraq Mərkəzi Gömrük Hospitalında, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək. 
  • Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya sertifikat veriləcək.
  • Forumda iştirak ödənişsizdir.
  • Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

12 MAY 2022

AÇILIŞ NİTQLƏRİ

Ceyhun Məmmədov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim,  tibb xidməti general-mayoru

Rəşad Mahmudov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və                     Tədris Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim

Elman Məmmədov

Mərkəzi Gömrük Hospitalının rəisi, Azərbaycan

Dilarə Məmmədəliyeva 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru, t.ü.f.d., əməkdar müəllim, Azərbaycan

Rauf Bəylərov

Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, Azərbaycan

Hülya Şahin Uyan 

Florence Nightingale Xəstəxanalar Qrupunun Tibb bacısı xidmətlərinin təşkili şöbəsinin müdiri, Türkiyə

MƏRUZƏÇİLƏR 

Halil İbrahim Durak 

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin mütəxəssisi, Azərbaycan

Teymur Mirzəbəyli

TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri, Azərbaycan

Fəxriyyə Məmmədova

ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, Azərbaycan

Kəmalə Bilalova 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin Təcrübə istehsalat işləri üzrə direktor müavini, Azərbaycan

Ceyran Hacıyeva 

Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin mütəxəssisi, Azərbaycan

Adilə Qurbanova

Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin tibb bacısı, Azərbaycan

Sevda Abbasova 

Mərkəzi Gömrük Hospitalının Pediatriya və neonatologiya şöbəsinin böyük tibb bacısı, Azərbaycan

Nərmin Fərəcova 

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə I şöbəsinin tibb bacısı, Azərbaycan

Hülya Şahin Uyan 

Florence Nightingale Xəstəxanalar Qrupunun Tibb bacısı xidmətlərinin təşkili şöbəsinin müdiri, Türkiyə

Ətayə Novruzova 

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə II şöbəsinin böyük tibb bacısı, Azərbaycan

Aynur Abbasəliyeva 

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris Simulyasiya Mərkəzinin müəllimi, Azərbaycan

Rüxsarə Yusifova 

“DAYAQ” patronaj xidmətinin patronaj tibb bacısı, Azərbaycan 

Azize Atlı Özbaş

Türkiyə Tibb Bacısı Dərnəyinin rəhbəri, Türkiyə