ELMİ SİMPOZİUMUN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

      MƏQSƏD

  • COVID-19-un müalicə və diaqnostikası işinin təkmilləşdirilməsi istiqamətində Mərkəzi Gömrük Hospitalının mövcud təcrübəsinin paylaşılması

 

      VƏZİFƏLƏR

  • COVID-19-un müalicə və diaqnostikasına kompleks yanaşmanın mütəxəssislər arasında təbliği 
  • Mütəxəssislərarası təcrübə mübadiləsinin təmin edilməsi üçün interaktiv müzakirələrin təşkil edilməsi


 

“COVID-19-un diaqnostika və müalicəsi” adlı metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçiriləcək

 

13 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən tərtib edilmiş “COVID-19-un diaqnostika və müalicəsi” adlı metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçiriləcək.


Elmi simpoziumda “Mərkəzi Gömrük Hospitalının pandemiya ilə mübarizə təcrübəsi: çətinliklər və əldə edilmiş nailiyyətlər”, “COVID-19 xəstələrində ECMO tətbiqinə dair Mərkəzi Gömrük Hospitalının mövcud təcrübəsi: Klinik halların təhlili”, “COVID-19 müalicəsində diqqət edilməli vacib məqamlar: təsdiqlənmiş və ya qiymətləndirmə mərhələsində olan antiviral dərmanlar” və digər mövzularda Mərkəzi Gömrük Hospitalının həkimləri tərəfindən hazırlanmış məruzələr dinləniləcək.

Elmi simpozium sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.
 

13 APREL 2022

AÇILIŞ NİTQLƏRİ

Ceyhun Məmmədov

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim

Əhliman Əmiraslanov

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik, t.e.d., əməkdar elm xadimi

Nadir Zeynalov

Səhiyyə Nazirinin müavini 

Vüqar Qurbanov

TƏBİB-in İdarə Heyətinin sədri

Elman Məmmədov

Mərkəzi Gömrük Hospitalının rəisi

PANEL RƏHBƏRLƏRİ

İsmayıl Əfəndiyev 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent 

Rəşad Mahmudov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., ürək-damar cərrahı 

Tural Sadıqov

Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin rəisi

Rəşad Nəsirli 

Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin həkimi 

MƏRUZƏÇİLƏR 

Bəxtiyar Musayev

Mərkəzi Gömrük Hospitalının rəis müavini, t.ü.f.d

Səbinə İbrahimova

Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin həkimi, b.ü.f.d.

Eldəniz Hüseynov

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi

Xəyal Məmmədov

Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu

Mədinə Abdullayeva

Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti 

Mehdi Əliyev

Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu