AÇIQ QAPI GÜNÜNÜN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ 

 

      MƏQSƏD

  • Rezidentlərin Mərkəzi Gömrük Hospitalının mövcud şəraiti və imkanları ilə əyani şəkildə tanış olması və yaranan sualların yerində cavablandırılması vasitəsilə onların qərarvermə proseslərinin daha aydın və dəqiq şəkildə həyata keçirməsinə dəstək olunması

 

      VƏZİFƏLƏR

  • Rezidentura təhsili almaq istəyən namizədlərə Hospitalın və onun şöbələrinin fəaliyyəti, rezidentlər üçün yaradılmış təlim və praktiki fəaliyyət imkanları, o cümlədən elmi tədqiqatlarda iştirak üçün yaradılmış şərait barədə ətraflı məlumat verilməsi.
  • 2023-2024-cü illər üçün rezidentura qəbulu üzrə müsabiqə şərtlərini ödəyən namizədlərin, digər tibb müəssisələrində rezidentura təhsilini davam etdirən və Mərkəzi Gömrük Hospitalında rotasiya keçmək istəyən rezidentlərin, habelə ATU-nun sonuncu kurs tələbələrinin Açıq qapı günlərində iştirakına şərait yaradılması.


 

  • Qeydiyyatdan keçmək mütləqdir!

REZİDENTLƏR ÜÇÜN AÇIQ QAPI GÜNÜ 

 

14 və 15 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında rezidentlər üçün açıq qapı günləri təşkil ediləcəkdir. 

 

Açıq qapı günləri çərçivəsində Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili almaq istəyən namizədlərə Hospitalın və onun şöbələrinin fəaliyyəti, rezidentlər üçün yaradılmış təlim və praktiki fəaliyyət imkanları, o cümlədən elmi tədqiqatlarda iştirak üçün yaradılmış şərait barədə ətraflı məlumat veriləcək.


Tibbi Xidmət İdarəsi bir çox yerli və beynəlxalq əhəmiyyətli təşkilarla əməkdaşlıq edərək istər təlim-tədris prosesinin, istər də tibbi xidmətlərin dünya standartalarına uyğunlaşdırılması istiqamətində mütəmadi işlər həyata keçirməkdədir. Bu baxımdan rezidentlərin yaradılmış mövcud şərait və imkanlarla əyani şəkildə tanış olması və yaranan sualların yerində cavablandırılması onların qərarvermə proseslərini daha aydın və dəqiq şəkildə həyata keçirməsinə öz müsbət töhfəsini verəcək. 


2023-2024-cü illər üçün rezidentura qəbulu üzrə müsabiqə şərtlərini ödəyən namizədlər, digər tibb müəssisələrində rezidentura təhsilini davam etdirən və Mərkəzi Gömrük Hospitalında rotasiya keçmək istəyən rezidentlər, habelə ATU-nun sonuncu kurs tələbələri Açıq qapı günlərində iştirak edə bilər.

 

Açıq qapı günlərində iştirak etmək istəyən şəxslərin qeydiyyatdan keçməsi mütləqdir!

14-15 AVQUST 2023

AÇILIŞ NİTQLƏRİ

İsmayıl Əfəndiyev

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent

Şahlar Mirqasım

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini

Bəxtiyar Musayev

Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim


MƏRUZƏÇİ

Şəhla Mirzəzadə

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi