AÇIQ QAPI GÜNÜNÜN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ 

 

      MƏQSƏD

  • Rezidentlərin Mərkəzi Gömrük Hospitalının mövcud şəraiti və imkanları ilə əyani şəkildə tanış olması və yaranan sualların yerində cavablandırılması vasitəsilə onların qərarvermə proseslərinin daha aydın və dəqiq şəkildə həyata keçirməsinə dəstək olunması

 

      VƏZİFƏLƏR

  • Rezidentura təhsili almaq istəyən namizədlərə Hospitalın və onun şöbələrinin fəaliyyəti, rezidentlər üçün yaradılmış təlim və praktiki fəaliyyət imkanları, o cümlədən elmi tədqiqatlarda iştirak üçün yaradılmış şərait barədə ətraflı məlumat verilməsi.
  • 2023-2024-cü illər üçün rezidentura qəbulu üzrə müsabiqə şərtlərini ödəyən namizədlərin, digər tibb müəssisələrində rezidentura təhsilini davam etdirən və Mərkəzi Gömrük Hospitalında rotasiya keçmək istəyən rezidentlərin, habelə ATU-nun sonuncu kurs tələbələrinin Açıq qapı günlərində iştirakına şərait yaradılması.


 

  • Qeydiyyatdan keçmək mütləqdir!

REZİDENTLƏR ÜÇÜN AÇIQ QAPI GÜNÜ 

 

14 və 15 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında rezidentlər üçün açıq qapı günləri təşkil ediləcəkdir. 

 

Açıq qapı günləri çərçivəsində Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili almaq istəyən namizədlərə Hospitalın və onun şöbələrinin fəaliyyəti, rezidentlər üçün yaradılmış təlim və praktiki fəaliyyət imkanları, o cümlədən elmi tədqiqatlarda iştirak üçün yaradılmış şərait barədə ətraflı məlumat veriləcək.


Tibbi Xidmət İdarəsi bir çox yerli və beynəlxalq əhəmiyyətli təşkilarla əməkdaşlıq edərək istər təlim-tədris prosesinin, istər də tibbi xidmətlərin dünya standartalarına uyğunlaşdırılması istiqamətində mütəmadi işlər həyata keçirməkdədir. Bu baxımdan rezidentlərin yaradılmış mövcud şərait və imkanlarla əyani şəkildə tanış olması və yaranan sualların yerində cavablandırılması onların qərarvermə proseslərini daha aydın və dəqiq şəkildə həyata keçirməsinə öz müsbət töhfəsini verəcək. 


2023-2024-cü illər üçün rezidentura qəbulu üzrə müsabiqə şərtlərini ödəyən namizədlər, digər tibb müəssisələrində rezidentura təhsilini davam etdirən və Mərkəzi Gömrük Hospitalında rotasiya keçmək istəyən rezidentlər, habelə ATU-nun sonuncu kurs tələbələri Açıq qapı günlərində iştirak edə bilər.

 

Açıq qapı günlərində iştirak etmək istəyən şəxslərin qeydiyyatdan keçməsi mütləqdir!

14-15 AVQUST 2023

AÇILIŞ NİTQLƏRİ

İsmayıl Əfəndiyev

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent

Şahlar Mirqasım

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini

Bəxtiyar Musayev

Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim


MƏRUZƏÇİ

Şəhla Mirzəzadə

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi

KONFRANSIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

      MƏQSƏD

  • Qlobal pandemiyanın arzuolunmaz nəticəsi olan postkovid sindrom barədə müvafiq ixtisaslı mütəxəssislərin maarifləndirilməsi 

 

      VƏZİFƏLƏR

  • Ekspertlərin iştirakı ilə postkovid sindromla əlaqəli sıx rast gəlinən müzakirəli mövzular barədə mütəxəssislərarası təcrübə mübadiləsinin təşkili
  • Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində müzakirələrin və sual-cavab sesiyalarının təşkil olunması 


 

  • Konfransda iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir!

“Postkovid sindrom: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi” mövzusunda Elmi Konfrans həyata keçiriləcəkdir.

 

30  may 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Postkovid sindrom: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi” mövzusunda Elmi Konfrans həyata keçiriləcəkdir.


Konfransda postkovid sinromla əlaqəli mövzulara dair yüksəkixtisaslı mütəxəssislər tərəfindən təqdimatlar ediləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.


Proqrama uyğun olaraq Konfrans immunoloq, allerqoloq, terapevt, dermatoveneroloq, endokrinoloq, infeksionist, fizioterapevt, anestezioloq-reanimatoloq, psixiatr ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.


Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə Konfrans hibrid formatda həyata keçiriləcək. Konfrans əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək. 

 

  • Konfransın akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilmişdir.
  • Konfransda iştirak ödənişsizdir!  
  • Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

30 MAY 2023

AÇILIŞ NİTQİ

Ceyhun Məmmədov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim

İsmayıl Əfəndiyev

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent

Rəşad Mahmudov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim

Lalə Allahverdiyeva 

ATU-nun " Allerqologiya və immunologiya" kafedrasının müdiri, əməkdar elm xadimi, əməkdar həkim,

t. e. d., professor 

Yaqut Qarayeva 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri

MƏRUZƏÇİLƏR 

Azad Əhmədov 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi

 

Lalə Allahverdiyeva 

ATU-nun " Allerqologiya və immunologiya" kafedrasının müdiri, əməkdar elm xadimi, əməkdar həkim, t. e. d., professor 

Mədinə Abdullayeva 

Mərkəzi Gömrük Hospitalının infeksionisti

Mehdi Əliyev 

Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu

 

Səidə Kərimova 

Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsinin rəisi

Günay Hətəmova 

Mərkəzi Gömrük Hospitalının kardioloqu

Naidə Novruzova 

Mərkəzi Gömrük Hospitalının endokrinoloqu

 

Sevinc Kərimova 

Mərkəzi Gömrük Hospitalının dermatoveneroloqu

İradə Ramazanova 

Mərkəzi Gömrük Hospitalının psixiatrı