KONFRANSIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

      MƏQSƏD

  • Radioloji diaqnostika ilə bağlı müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər arasında təcrübə mübadiləsinin təşkili

 

      VƏZİFƏLƏR

  • Müxtəlif xəstəliklər zamanı düzgün radioloji yanaşmanın vacibliyi barədə maarifləndirmə 
  • Mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində müzakirələrin və sual-cavab sesiyalarının təşkil olunması 


 

  • Konfransda iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir!

Azərbaycan Radioloqlarının II-ci Elmi –Praktik Konfransı keçiriləcək

 

14 may 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Radioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı, eləcə də “Bayer” şirkətinin əməkdaşlığı ilə Azərbaycan Radioloqlarının II-ci Elmi-Praktik Konfransı həyata keçiriləcək.


Radioloji diaqnostika ilə bağlı müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər arasında təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçiriləcək Konfranda Azərbaycan və Türkiyədən olan ekspertlər tərəfindən müxtəlif xəstəliklər zamanı düzgün radioloji yanaşmanın vacibliyi barədə ümumilikdə 18 məruzənin dinlənilməsi planlaşdırılır. Bunlarla yanaşı Konfrans zamanı mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində müzakirələrin və sual-cavab sesiyalarının təşkil olunması nəzərdə tutulur.


Konfrans proqrama uyğun olaraq xüsusilə radioloq, travmatoloq-ortoped, neyrocərrah, onkoloq, kardioloq, ürək-damar cərrahı, ümumi cərrah, pediatr, uroloq və nefroloq ixtisasına malik həkimlər üçün nəzərdə tutulmuşdur.

 

  • Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı və sertifikat veriləcək.
  • Konfrans ZOOM platforması üzərindən həyata keçiriləcək.
  • Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
  • Konfransda iştirak ödənişsizdir. Hərkəs konfransda iştirak üçün dəvətlidir!

14 MAY 2022

AÇILIŞ NİTQLƏRİ

İsmayıl Əfəndiyev 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d.,

dosent 

Yunus Əfəndiyev

N. Tusi adına klinikanın Radiologiya şöbəsinin müdiri, Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d.

Məzahir Əfəndiyev

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Regional məsələlər komitəsinin üzvü

Şəhla Mirzəzadə

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi

PANEL RƏHBƏRLƏRİ

Prof. Soltan Manafov  

Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Şüa diaqnostikası laboratoriyasının rəhbəri, Azərbaycan Radioloqlar Cəmiyyətinin fəxri üzvü

Prof. Məlahət Sultanova 

Azərbaycan Tibb Universitetinin Radiologiya kafedrasının müdiri, Azərbaycan Radioloqlar Cəmiyyətinin I katibi 

Prof. Dr. Ahmet Memiş 

Respublika Diaqnostika Mərkəzinin şöbə rəhbəri, Azərbaycan Radioloqlar Cəmiyyətinin fəxri üzvü

Dos. Rasim Bayramov

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri, Şüa diaqnostikası və terapiya kafedrasının dosenti

Dr. Kamran Yaqubov

Mərkəzi Klinik Xəstəxananın Radiologiya şöbəsinin müdiri 

Dr. Anar Kazımov 

Milli Onkologiya Mərkəzinin Şüa diaqnostikası şöbəsinin müdiri

MƏRUZƏÇİLƏR 

Prof. Məlahət Sultanova 

Azərbaycan Tibb Universitetinin Radiologiya kafedrasının müdiri, Azərbaycan Radioloqlar Cəmiyyətinin I katibi 

Prof. Dr. İhsan Şebnəm Örgüc 

Celal Bayar Universiteti Tibb Fakültəsi Radiologiya kafedrasının professoru

Dr. Yunus Əfəndiyev 

N. Tusi adına klinikanın Radiologiya şöbəsinin müdiri, Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d.

Prof. Ahmet Memiş 

Respublika Diaqnostika Mərkəzinin Radiologiya şöbəsinin müdiri, Azərbaycan Radioloqlar Cəmiyyətinin fəxri üzvü 

Dr. Anar Kazımov 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri, Şüa diaqnostikası və terapiya kafedrasının dosenti

Dr. Nicat Alışov 

Baku Medikal Plaza xəstəxanasının intervension radioloqu

Dr. Azər Fərəc 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Radiologiya kafedrasının mühazirəçisi, Fetal Mərkəz NS Genetics xəstəxanasının radioloqu

Dos. Rasim Bayramov

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri, Şüa diaqnostikası və terapiya kafedrasının dosenti

Dr. Aydın Mirzəyev 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun assistenti 

Dr. Ağakişi Yahyayev 

Respublika Diaqnostika Mərkəzinin diaqnostik və invaziv radioloqu

Dr. Kamran Yaqubov

Mərkəzi Klinik Xəstəxananın Radiologiya şöbəsinin müdiri 

Dr. Elnur Mehdi        

Nüvə Təbabət Mərkəzinin radioloqu 

Dr. Elşən Abdullayev 

“Məlhəm” Beynəlxalq Xəstəxanasının Radiologiya şöbəsinin müdiri

Dr. Cəmilə Əlizadə 

Mərkəzi Klinik Xəstəxananın radioloqu

Dr. Leyla Musayeva

Respublika Diaqnostika Mərkəzinin İntervensional radiologiya və şüa diaqnostikası şöbəsinin radioloqu

Dr. Eldəniz Hüseynov

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi 

Dr. Elşad Sadıqov 

N.Tusi adına klinikanın radioloqu