KONFRANSIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

      MƏQSƏD

  • COVID-19-un laborator diaqnostikası işinin təkmilləşdirilməsi istiqamətində mütəxəssislərarası təcrübə mübadiləsinin təmin edilməsi  

 

      VƏZİFƏLƏR

  • COVİD-19-un laborator diaqnostikasına kompleks yanaşmanın öyrənilməsi
  • Müasir diaqnostik üsulların COVID-19-un aşkarlanmasında rolunun müəyyənləşdirilməsi
  • Yerli və beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsinin təmin edilməsi üçün interaktiv müzakirələrin təşkil edilməsi


 

  • Konfransda iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir!

“SARS-CoV-2 (COVİD-19) kompleks diaqnostikasına  müasir yanaşmalar” mövzusunda həsr edilmiş  Beynəlxalq Elmi Konfrans keçiriləcək

 

15 mart 2022-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin birgə təşkilatçılığı ilə “SARS-CoV-2 (COVİD-19) kompleks diaqnostikasına  müasir yanaşmalar” mövzusunda həsr edilmiş  Beynəlxalq Elmi Konfrans həyata keçiriləcək.


Hibrid şəkildə həyata keçirilməsi planlaşdırılan Beynəlxalq Elmi Konfransda “COVID-19: Laborator xidmətin təşkili” və “COVID-19: Laborator diaqnostika və müalicədə yeniliklər” başlıqlı 2 paneldə yerli və xarici mütəxəssislər tərəfindən ümumilikdə 9 məruzə dinləniləcək. Konfrans panel müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində aparılacaq.


Proqrama uyğun olaraq laborant, virusoloq, mikrobioloq, gigiyenist, anestezioloq-reanimatoloq, terapevt, infeksionist, epidemioloq ixtisasına malik həkimlər konfransda iştirak edə bilərlər.

 

  • Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı və sertifikat veriləcək.
  • Konfransda iştirak ödənişsizdir. Hərkəs konfransda iştirak üçün dəvətlidir! 

15 MART 2022

AÇILIŞ NİTQLƏRİ

t.f.d., tibb xidməti general-mayoru Ceyhun Məmmədov 

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi 

t.f.d., tibb xidməti general-mayoru Rüfət Əliyev 

Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin rəisi 

Nadir Zeynalov

Səhiyyə Nazirinin müavini

Rəşad Mahmudov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim, Azərbaycan

PANEL RƏHBƏRLƏRİ

t.f.d., dosent İsmayıl Əfəndiyev 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini 

Dr. Rasim Məhərrəmov

Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi Hərbi Hospitalının həkimi

t.f.d., dosent Rita İsmayılova

Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin direktor müavini 

Dr. Vaqif Abdullayev 

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini

MƏRUZƏÇİLƏR 

Dr. Yaqut Qarayeva

TƏBİB-in Strateji İnkişaf departamentinin rəhbəri

Dr. Elvin Bayramov

Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalının Mərkəzi Laboratoriyasının rəisi

Dr. Sevinc Gülmalıyeva

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Laboratoriya şöbəsinin müdiri 

Dr. Yeganə Sultanova 

Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin (XTİNM) həkim virusoloqu 

b.f.d. Səbinə İbrahimova

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının həkim-laborantı

Dr. Afaq Əliyeva

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini

Dr. Radu Cojocaru

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi 

Uzm. Dr. Feride Gökçe Demir

Florence Nightingale Xəstəxanalar Qrupunun həkimi

Dr. Yeganə Abbasova

Fövqəladə Hallar Nazirliyinin Modul Tipli Hospitalının rəis müavini