MASTER-KLASSIN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
Mərkəzi Gömrük Hospitalında “Fetal Təbabət üzrə Master-Klass” mövzusunda Master-Klass keçiriləcək.
18 sentyabr 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Britaniya-Azərbaycan Həkimləri və Stomatoloqları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Fetal Təbabət üzrə Master-Klass” keçiriləcəkdir. Mərkəzi Gömrük Hospitalında təşkil olunacaq master-klassda mürəkkəb fetal hallar, ultrasəs müayinəsi göstəriciləri əsasında düzgün klinik qərarların qəbul edilməsi, ana bətnində dölün müalicəsi və cərrahiyyəsi kimi vacib mövzular ətrafında mühazirələr dinləniləcək, eləcə də real klinik halların təqdimatı və interaktiv müzakirələr aparılacaqdır.
Tədbir proqrama uyğun olaraq mama-ginekoloq və radioloq ixtisaslı həkimlər, eləcə də rezidentlər üçün nəzərdə tutulmuşdur.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir!
Master-Klassda iştirak ödənişsizdir.
Master-Klassın akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilmişdir.
Hər kəs master-klassda iştirak üçün dəvətlidir!
18 SENTYABR 2026
AÇILIŞ NİTQİ
PANEL RƏHBƏRİ
MƏRUZƏÇİ
Ceyhun Məmmədov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim
Fidan İsrafil-Bəyli
Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu, t.ü.f.d., Böyük Britaniya
Mark Kilbi
Böyük Britaniyanın Mamalıq, Ginekologiya və Fetal Təbabət (ana bətnində dölün müalicəsi və cərrahiyyəsi) üzrə professoru, Böyük Britaniya