DƏYİRMİ MASANIN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ 

 

      MƏQSƏD

  • Orqan transplantasiyası işinin tibbi və təşkilati aspektləri, o cümlədən bu sahədə qurumlararası əməkdaşlığın gücləndirilməsi barədə müvafiq ixtisaslı mütəxəssislərin maarifləndirilməsi 

 

      VƏZİFƏLƏR

  • Dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə orqan transplantasiyası işinin tibbi və təşkilati aspektləri barədə mütəxəssislərarası təcrübə mübadiləsinin təşkili
  • Müvafiq sahədə qurumlararsı əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələrin və sual-cavab sesiyalarının təşkil olunması 


 

20 dekabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Orqan transplantasiyası: aktual məsələlərin multisektoral həlli” mövzusunda dəyirmi masa həyata keçiriləcəkdir.


Dəyirmi masada “Orqan transplantasiyası: mövcud təcrübə və hədəflərimiz”, “Transplantasiya mərkəzləri ilə işin koordinasiyası”, “Orqan transplantasiyası xidmətlər zərfində orqan toxuma əməliyyatları” və “Kadavra transplantasiyasına gedən yol: Beyin ölümünün təyini və qarşılaşdığımız problemlər” mövzusunda məruzələr təqdim ediləcək və müzakirələr həyata keçiriləcək. 


Azərbaycanda həyata keçirilən transplantasiya əməliyyatlarının uğurlu icrası istiqamətində atılan addımların effektiv təşkilində qurumlararası əməkdaşlığın rolunun artırılması məqsədilə təşkil olunan Dəyirmi masada iştirak xüsusi dəvətnamə əsasındadır.  

20 DEKABR 2023

AÇILIŞ NİTQLƏRİ

Ceyhun Məmmədov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim, tibb xidməti general-mayoru

Rəşad Mahmudov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və                    Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim


MƏRUZƏÇİ

Dr. Mircəlal Kazımi

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah, transplantoloq 

Dr. Yeganə Abbasova

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d.

Nərgiz Ağayeva

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri

Dos. Dr. Qulam Rüstəmzadə

Mediland Hospitalın anestezioloq-reanimatoloqu, t.ü.f.d.