KONFRANSIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
“Orqan və toxuma transplantasiyasında Beyin ölümü diaqnozunun aktual aspektləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.
21 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Orqan və toxuma transplantasiyasında Beyin ölümü diaqnozunun aktual aspektləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.
Konfransda Beyin ölümü diaqnozunun təyin olunma meyarları, diaqnozun təsdiqində rast gəlinən problemlər, orqan və toxuma transplantasiyası işinin təşkil olunmasınnın dini, hüquqi, psixoloji aspektləri və ümumilikdə müvafiq sahədə yerli və beynəlxalq təcrübə barədə yüksəkixtisaslı mütəxəssislər tərəfindən təqdimatlar ediləcək, dinləyicilərin sualları cavablandırılacaq.
Regionlarda çalışan mütəxəssislər üçün əlçatanlığı təmin etmək məqsədilə Konfrans hibrid formatda həyata keçiriləcək. Proqrama uyğun olaraq konfrans anestezioloq-reanimatoloq, ümumi cərrah, neyrocərrah, ürək-damar cərrahı, uşaq cərrahı, psixiatr, nevropatoloq, kardioloq, ictimai səhiyyə mütəxəssisi ixtisasına malik həkimlər üçün nəzərdə tutulmuşdur.
Konfransda iştirak ödənişsizdir.
21 OKTYABR 2022
AÇILIŞ NİTQLƏRİ
Ceyhun Məmmədov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim, Azərbaycan
Rəşad Mahmudov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim, Azərbaycan
Ata Bozoklar
Türkiyənin ilk orqan nəqli koordinatoru, Bahçeşehir Universiteti Medikal Park Göztepe Xəstəxanası Orqan Nəqli Mərkəzinin ümumi cərrahı, Türkiyə
Vüqar Məmmədov
Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, ATU-nun məhkəmə təbabəti kafedrasının professoru, hüquqşünas, t.e.d., Azərbaycan
MODERATORLAR
Dos. Dr. Qulam Rüstəmzadə
Mediland Hospitalın anestezioloq-reanimatoloqu, t.ü.f.d., Azərbaycan
Dr. Ata Bozoklar
Türkiyənin ilk orqan nəqli koordinatoru, Bahçeşehir Universiteti Medikal Park Göztepe Xəstəxanası Orqan Nəqli Mərkəzinin ümumi cərrahı, Türkiyə
Rəşad Mahmudov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin Sədr müavini, t.e.d., Azərbaycan
Prof. Dr. Ali Fuat Erdem
Sakarya Universiteti Tibb fakültəsinin Anesteziologiya və reanimasiya kafedrasının müdiri, anestezioloq-reanimatoloq, Türkiyə
Prof. Dr. Vüqar Məmmədov
Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, ATU-nun məhkəmə təbabəti kafedrasının professoru, hüquqşünas, t.e.d., Azərbaycan
Prof. Dr. Nuru Bayramov
Azərbaycan Milli Elmlər Akademiyasının Müxbir üzvü, ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, t.e.d., Azərbaycan
MƏRUZƏÇİLƏR
Dr. Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah, transplantoloq, Azərbaycan
Dr. Emil Qasımov
Yeni Klinika PHŞ-nin Reanimasiya şöbəsinin müdiri, anestezioloq-reanimatoloq, Azərbaycan
Prof. Dr. Yavuz Demiraran
Düzce Universiteti Tibb fakültəsinin Anesteziologiya və reanimasiya kafedrasının müdiri, anestezioloq-reanimatoloq, Türkiyə
Dr. Yeganə Abbasova
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, anestezioloq-reanimatoloq, Azərbaycan
Dr. Ata Bozoklar
Türkiyənin ilk orqan nəqli koordinatoru, Bahçeşehir Universiteti Medikal Park Göztepe Xəstəxanası Orqan Nəqli Mərkəzinin ümumi cərrahı, Türkiyə
Rəna Hüseynova
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi, hüquqşünas, Azərbaycan
Mirhəmid Məmmədov
Bakı şəhər "İmam Rza" məscidinin imamı, ilahiyyatçı, Azərbaycan
Orxan Fərəcli
Ege Hospitalın psixiatrı, Azərbaycan
Şəhla Mirzəzadə
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi, Azərbaycan