KONFRANSIN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ 

 

      MƏQSƏD

  • Yerli mütəxəssislərin “Demensiyaların müasir psixososial xüsusiyyətləri” mövzusunda bilik və bacarıqlarının təkmilləşdirilməsi.

 

      VƏZİFƏLƏR

  • Ekspertlərin iştirakı ilə demensiya ilə əlaqəli müzakirəli mövzular barədə mütəxəssislərarası təcrübə mübadiləsinin təşkili
  • Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində müzakirələrin və sual-cavab sessiyalarının təşkil olunması 


 

  • Qeydiyyatdan keçmək mütləqdir!

“Beynəlxalq Altsheymer Xəstəliyi barədə Məlumatlandırma Günü”nə həsr edilmiş “Demensiyaların müasir psixososial xüsusiyyətləri” mövzusunda Elmi Konfrans keçiriləcəkdir.


23 sentyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və “Dayaq ZN” Patronaj Xidmətinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Altsheymer Xəstəliyi barədə Məlumatlandırma Günü”nə həsr edilmiş “Demensiyaların müasir psixososial xüsusiyyətləri” mövzusunda Elmi Konfrans həyata keçiriləcəkdir.


Konfransda yüksəkixtisaslı mütəxəssislər tərəfindən mövzu ilə əlaqəli təqdimatlar ediləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.


Proqrama uyğun olaraq Konfrans psixiatr, nevropatoloq, dietoloq və psixoloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.


Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə Konfrans hibrid formatda həyata keçiriləcək. Konfrans əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək. 


•    Konfransın akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilmişdir.
•    Konfransda iştirak ödənişsizdir!  
•    Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

 

23 SENTYABR 2023

AÇILIŞ NİTQLƏRİ

Ceyhun Məmmədov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim

İsmayıl Əfəndiyev

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent

Rəşad Mahmudov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim

Teymur Qafarov

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Psixatriya kafedrasının müdiri, t.e.d., professor, Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi 

Araz Əliquliyev

Mediart Psixi Sağlamlıq Mərkəzinin baş həkimi, psixiatr, t.e.d.


MƏRUZƏÇİLƏR

Gülay Məmmədzadə

Mərkəzi Gömrük Hospitalının psixiatrı, t.ü.f.d.

Araz Manuçeri Lalei

Azərbaycan Tibb Universiteti Psixiatriya kafedrasının dosenti, t.ü.f.d

Mərziyyə Məmmədova 

Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun Kliniki-neyrofizioloji laboratoriyasının böyük elmi işçisi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofizologiya kafedrasının assistenti 

Aydan Xasməmmədzadə

Xəzər Universitetinin Psixologiya kafedrasının müəllimi, Mediart klinikasının klinik psixoloqu 

Araz Əliquliyev

Mediart Psixi Sağlamlıq Mərkəzinin baş həkimi, psixiatr, t.e.d.

Emil Hidayətli

Cito-med Tibb Mərkəzinin həkim-nutrisioloqu 

Seyranə Mirzəyeva

Dayaq patronaj xidmətinin həkim məsləhətçisi, anestezioloq-reanimatoloq