FORUMUN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

      MƏQSƏD

  • Gənclər arasında narkomaniya ilə mübarizə istiqamətində maarifləndirmə işinin təşkili

 

      VƏZİFƏLƏR

  • Gənclərin narkomaniyanın zərərləri barədə məlumatlandırılması
  • Narkomaniya ilə mübarizədə qurumlararası əməkdaşlıq işinin vacibliyinə dair maarifləndirmənin təşkil edilməsi 


 

24 iyun 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilmiş “Region Gənclərinin Narkomaniya ilə mübarizə Forumu” keçiriləcək.


Region gənclərinin iştirakı ilə həyata keçiriləcək Forumda narkomaniyanın fəsadları, eləcə də narkomaniya ilə mübarizə istiqamətində səhiyyə, təhsil, hüquq mühafizə və gənclər sektorunun rolu barədə məruzələr təqdim olunacaq, auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.


Astara rayon Mədəniyyət Mərkəzində həyata keçiriləcək tədbir eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən də canlı yayımlanacaq.


Tədbir 24 iyun saat 10:00-da öz işinə başlayacaq. Hərkəsi tədbiri canlı izləməyə dəvət edirik!

24 İYUN 2022

AÇILIŞ NİTQLƏRİ

Elnurə Novruzlu

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini 

Rəşad Mahmudov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Azərbaycan 

Firəngiz Sadıxova

Astara Rayon İcra Hakimiyyəti Başçısının müavini,  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

MODERATOR

Rəşad Mahmudov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Azərbaycan

MƏRUZƏÇİLƏR 

İsmayıl Əfəndiyev 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d.,

dosent 

Elxan Nəcəfov 

Lənkəran Astara Regional Təhsil İdarəsinin müdiri

Samir Mustafayev 

Cənub Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqatlar İdarəsi Təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti kapitanı 

Azər Cəfərov

Astara rayon Polis şöbəsinin rəisi, polis polkovniki

Şəhla Mirzəzadə

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi