KONQRESİN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ 

      MƏQSƏD

  • Ana və uşaq sağlamlığı ilə bağlı müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər arasında təcrübə mübadiləsinin təşkili

      VƏZİFƏLƏR

  • Müxtəlif xəstəliklər zamanı düzgün diaqnostika və müalicənin vacibliyi barədə maarifləndirmə 
  • Mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində müzakirələrin və sual-cavab sesiyalarının təşkil olunması

KONQRES VƏ KURSLARA

dair proqramla tanış olun.

KONQRESDƏ iştirak üçün

Qeydiyyatdan keçmək mütləqdir!

KURSLARDA iştirak üçün

Qeydiyyatdan keçmək mütləqdir!

27-28 noyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ana və Uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konqres həyata keçiriləcəkdir.

Konqresin 27 noyabr tarixində mama-ginekologiyaya dair, 28 noyabr tarixində isə neonatologiya və pediatriyaya dair aktual mövzuların müzakirəsi həyata keçiriləcəkdir. Konqresdə Azərbaycan, Türkiyə və İngiltərədən olan yüksəkixtisaslı mütəxəssislərin təqdimatları dinləniləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.

Konqresin 27 noyabr tarixində mama-ginekoloqlar, 28 noyabr tarixində isə neonatoloq və pediatrlar iştirak edə bilər.

Konqres əyani olaraq Bakı şəhərində Badamdar Oteldə, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcəkdir.

Konqres çərivəsində eyni zamanda 27 noyabr tarixində pediatr və neonatoloqlar üçün "Doğum zalında neonatal reanimasiya",

28 noyabr tarixində isə mama-ginekoloqlar üçün "Kolposkopiya" kursu həyata keçiriləcəkdir.

Kurslar əyani olaraq İngiltərədən və Türkiyədən olan yüksəkixtisaslı mütəxəssislər tərəfində nəzəri və praktiki hissələrdən ibarət olmaqla təşkil ediləcəkdir.

Kurslar Mərkəzi Gömrük Hospitalında göstərilən tarixlərdə saat 14:00-dan18:00-dən həyata keçiriləcək.
Konqresdə və kurslarda iştirak ödənişsizdir.

Tədbirin akreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilmişdir.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir.

27 NOYABR 2023 

(I GÜN)

MÜASİR MAMA-GİNEKOLOGİYANIN AKTUAL PROBLEMLƏRİ 

AÇILIŞ NİTQLƏRİ

Ceyhun Məmmədov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim, tibb xidməti general-mayoru, Azərbaycan

Rəşad Mahmudov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və                    Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim, Azərbaycan

Hicran Hüseynova

Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, s.e.d., professor, Azərbaycan

MODERATORLAR

Op. Dr. Kemine Uzel

İstanbul Florence Nightingale Xəstəxanasının qadın xəstəlikləri və doğum uzmanı, Türkiyə

Dr. Təranə Bayramova  

Mərkəzi Gömrük Hospitalının Mamalıq-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d., Azərbaycan

Prof. Dr. Ahmet Cem İyibozkurt

İstanbul Florence Nightingale Xəstəxanasının qadın xəstəlikləri və doğum uzmanı, Türkiyə

Dr. Sədi Allahverdiyev  

Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu, Azərbaycan

Dr. Fidan İsrafil-Bəyli

Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu, t.ü.f.d., Böyük Britaniya

Dr. Leyla Rzaquliyeva                  

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d., professor, Azərbaycan

MƏRUZƏÇİLƏR

Dr. Jennifer Byrom

Dr. Bəhruz Xalıqov

Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, Azərbaycan 

Op. Dr. Kemine Uzel

İstanbul Florence Nightingale Xəstəxanasının qadın xəstəlikləri və doğum uzmanı, Türkiyə

Dr. Təranə Bayramova  

Mərkəzi Gömrük Hospitalının Mamalıq-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d., Azərbaycan

28 NOYABR 2023 

(II GÜN)

NEONATOLOGİYA VƏ PEDİATRİYADA YENİLİKLƏR 

AÇILIŞ NİTQLƏRİ

Ceyhun Məmmədov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim, tibb xidməti general-mayoru, Azərbaycan

Rəşad Mahmudov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və                    Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim, Azərbaycan

Sevinc Məmmədova

TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin Ana və uşaq sağlamlığının təşkili şöbəsinin müdiri, Azərbaycan

Aynur Poluxova

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən, t.ü.f.d., dosent, Azərbaycan

Töhfə Cəmilova 

BMT Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı, Azərbaycan 

Nailə Sultanova

Azərbaycan Tibb Universitetinin II Uşaq Xəstəlikləri kafedrasının müdiri, t.e.d., professor, Azərbaycan

MODERATORLAR

Dr. Rüstəm Hüseynov

ETMGİ-nin Neonatal reanimasiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neanotoloq, Azərbaycan

Dr. Ömer Erdeve

Ankara Universiteti Tibb Fakultəsinin professoru, Neonatologiya Cəmiyyətinin üzvü, Türkiyə 

Dr. Merih Çetinkaya

Sağlık Bilimleri Üniversiteti Başakşehir Çam ve Sakura Xəstəxanasının professoru, Türkiyə

Dr. Sevda Əsədova

Mərkəzi Klinikanın Pediatriya və Neonatologiya şöbəsinin müdiri, Azərbaycan

Dr. İlke Mungan Akın

Sağlık Bilimleri Universitetinin professoru, Türkiyə

Dr. Təranə Göyüşova

Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu, Azərbaycan

MƏRUZƏÇİLƏR

Rəşad Mahmudov

DGK TXİ-nin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim, Azərbaycan

Dr. Merih Çetinkaya

Sağlık Bilimleri Üniversiteti Başakşehir Çam ve Sakura Xəstəxanasının professoru, Türkiyə

Dr. İlke Mungan Akın

Sağlık Bilimleri Universitetinin professoru, Türkiyə

Dr. Sevda Əsədova

Mərkəzi Klinikanın Pediatriya və Neonatologiya şöbəsinin müdiri

Dr. Aynur Bağırova  

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Yenidoğulmuşların reanimasiya şöbəsinin mütəxəssisi, Azərbaycan

Dr. Ömer Erdeve

Ankara Universiteti Tibb Fakultəsinin professoru, Neonatologiya Cəmiyyətinin üzvü, Türkiyə 

Dr. Vüsal Cəfərov

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, Azərbaycan

Dr. İsmayıl Əfəndiyev

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent

Dr. Nigar Hacıyeva

ADHTİ-nun pediatriya kafedrasının dosenti, Azərbaycan

Sevda Mustafayeva 

Mərkəzi Klinikanın pediatrı