TƏDBİRİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
“Qurğuşunla zəhərlənmənin qarşısının alınması üzrə beynəlxalq tədbirlər həftəsi”nə həsr edilmiş TƏDBİR həyata keçiriləcək.
27 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azəri Toksikoloqlar Dərnəyinin birgə təşkilatçılığı ilə “Qurğuşunla zəhərlənmənin qarşısının alınması üzrə beynəlxalq tədbirlər həftəsi”nə həsr "Qurğuşuna məruz qalmanın qəbuledilməz riskləri və fəaliyyətlərə ehtiyac” mövzusunda tədbir həyata keçiriləcək.
Tədbir zamanı yüksəkixtisaslı mütəxəssislər tərəfindən “Qurğuşuna məruz qalmanın əhatə dairəsi və sağlamlıq üçün təhlükələri”, “Qurğuşun tərkibli boya və ya oxşar örtük materialları haqqında qanun layihəsinin təqdimatı”, “Məişət boyalarında qurğuşun və onun zərərləri” və “Qurğuşunla zəhərlənmələrin qarşısının alınmasında maarifləndirmə və multisektoral əməkdaşlığın əhəmiyyəti” mövzularında məruzələr təqdim ediləcək, sual-cavab və müzakirələr təşkil ediləcək.
27 OKTYABR 2022
AÇILIŞ NİTQLƏRİ
İsmayıl Əfəndiyev
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent
MƏRUZƏÇİLƏR
Dr. Leyla Fətullayeva
Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi
Şahlar Misgərli
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin baş inspektoru, hüquqşunas
Əminə Mikayılova
Rüzgar Ekoloji Cəmiyyətin əməkdaşı
Şəhla Mirzəzadə
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi