DƏYİRMİ MASANIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
“Qurğuşunla zəhərlənmənin qarşısının alınması üzrə beynəlxalq tədbirlər həftəsi”nə həsr edilmiş Dəyirmi masa həyata keçiriləcək.
27 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azəri Toksikoloqlar Dərnəyinin birgə təşkilatçılığı ilə ÜST-nin “Qurğuşunla zəhərlənmənin qarşısının alınması üzrə beynəlxalq tədbirlər həftəsi”nə həsr edilmiş “Uşaqlarda qurğuşun zəhərlənməsinin profilaktikası” mövzusunda Dəyirmi Masa həyata keçiriləcək.
Tədbir zamanı yüksəkixtisaslı mütəxəssislər tərəfindən “Qurğuşuna məruz qalmanın əhatə dairəsi və sağlamlıq üçün təhlükələri”, “Məişət boyalarında qurğuşun və onun zərərləri” və “Qurğuşunla zəhərlənmələrin qarşısının alınmasında maarifləndirmə və multisektoral əməkdaşlığın əhəmiyyəti” mövzularında məruzələr təqdim ediləcək, sual-cavab və müzakirələr təşkil ediləcək.
Tədbir əyani olaraq saat 14:30-dan 17:00-dək Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçiriləcək.
27 OKTYABR 2023
AÇILIŞ NİTQLƏRİ
Ceyhun Məmmədov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim
Rəşad Mahmudov
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim
KONSEPTUAL MƏRUZƏ
İsmayıl Əfəndiyev
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent
MƏRUZƏÇİLƏR
Dr. Leyla Fətullayeva
Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi
Əminə Mikayılova
Rüzgar Ekoloji Cəmiyyətin əməkdaşı
Səbinə İbrahimova
Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən
Təranə Göyüşova
Mərkəzi Gömrük Hospitalının həkim pediatrı
Şəhla Mirzəzadə
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi