KONFRANSIN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ 

 

      MƏQSƏD

  • Radioloji diaqnostika ilə bağlı müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər arasında təcrübə mübadiləsinin təşkili

 

      VƏZİFƏLƏR

  • Müxtəlif xəstəliklər zamanı düzgün radioloji yanaşmanın vacibliyi barədə maarifləndirmə 
  • Mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində müzakirələrin və sual-cavab sesiyalarının təşkil olunması 


 

  • Qeydiyyatdan keçmək mütləqdir!

Azərbaycan Radioloqlarının III Beynəlxalq Elmi–Praktik Konfransı keçiriləcək

 

28 oktyabr 2023-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Radioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı, eləcə də “Bayer” şirkətinin əməkdaşlığı ilə Azərbaycan Radioloqlarının III Beynəlxalq Elmi–Praktik Konfransı həyata keçiriləcək.


Konfranda Azərbaycan, Türkiyə, İngiltərə və Moskvadan olan ekspertlər tərəfindən müxtəlif xəstəliklər zamanı düzgün radioloji yanaşmanın vacibliyi barədə ümumilikdə 17 məruzənin dinlənilməsi planlaşdırılır. Konfrans zamanı mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində müzakirələrin və sual-cavab sesiyalarının təşkil olunması nəzərdə tutulur.
Konfrans proqrama uyğun olaraq xüsusilə radioloq, neyrocərrah, onkoloq, kardioloq, ürək-damar cərrahı, ümumi cərrah, pediatr, pulmonoloq, torakal cərrah, nevroloq, endokrinoloq, neonatoloq və qastroenteroloq ixtisasına malik həkimlər üçün nəzərdə tutulmuşdur.

 

  • Konfransın akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilmişdir.
  • Konfrans ZOOM platforması üzərindən həyata keçiriləcək.
  • Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
  • Konfransda iştirak ödənişsizdir. Hərkəs konfransda iştirak üçün dəvətlidir! 

28 OKTYABR 2023

AÇILIŞ NİTQLƏRİ

İsmayıl Əfəndiyev 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent 

Yunus Əfəndiyev

N. Tusi adına klinikanın Radiologiya şöbəsinin müdiri, Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d.

Məzahir Əfəndiyev    

Azərbaycan Respublikasının  Milli Məclisin Deputatı                          


MODERATORLAR

Prof. Dr. Suzən Vətənxa   

Milli Onkologiya Mərkəzinin şöbə müdiri, Azərbaycan Radioloqlar Cəmiyyətinin katibi 

Prof. Dr. Ahmet Memiş 

Respublika Diaqnostika Mərkəzinin şöbə müdiri,  Azərbaycan Radioloqlar Cəmiyyətinin fəxri üzvü

Prof. Dr. Tarik Altonchi

London İmperator Kollecinin Diabet Mərkəzinin endokrinoloqu, İsveç Tibbi Radiologiya Cəmiyyətinin üzvü

Prof. Dr. Andrey Mişenko 

Rusiya Milli Akademiyasının Tədris Klinikasının baş həkimi 

Dos. Rasim Bayramov

ATU-nin Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri, Şüa diaqnostikası və terapiya kafedrasının dosenti, Azərbaycan Radioloqlar Cəmiyyətinin idarə heyətinin üzvü 

Dos. Arzu Nuriyeva  

AR Səhiyyə Nazirliyi Əziz Əliyev adına ADHTİ-nun Şüa diaqnostikası kafedrasının müdiri, Azərbaycan Radioloqlar Cəmiyyətinin idarə heyətinin üzvü 


MƏRUZƏÇİLƏR

Dr. Elşad Sadıqov   

N.Tusi adına Klinikanın radioloqu

Prof. Dr. Suzən Vətənxa 

Milli Onkologiya Mərkəzinin şöbə müdiri, Azərbaycan Radioloqlar Cəmiyyətinin katibi

Dr. Yunus Əfəndiyev 

N. Tusi adına klinikanın Radiologiya şöbəsinin müdiri, Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d.

Dr. Eldəniz Hüseynov

Mərkəzi Gömrük Hospitalının radiologiya şöbəsinin rəisi 

Prof. Dr. Ahmet Memiş 

Respublika Diaqnostika Mərkəzinin şöbəsi müdiri, Azərbaycan Radioloqlar Cəmiyyətinin fəxri üzvü 

Dr. Anar Kazımov   

Milli Onkologiya Mərkəzinin Şüa diaqnostikası şöbəsinin müdiri

Dr. Nicat Alışov 

Baku Medikal Plaza xəstəxanasının intervension radioloqu

Prof. Dr. Tarik Altonchi

London İmperator Kollecinin Diabet Mərkəzinin endokrinoloqu, İsveç Tibbi Radiologiya Cəmiyyətinin üzvü

Dos. Rasim Bayramov

ATU-nin Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri, Şüa diaqnostikası və terapiya kafedrasının dosenti, Azərbaycan Radioloqlar Cəmiyyətinin idarə heyətinin üzvü 

Dr. Azər Fərəc 

Fetal Mərkəz NS Genetics xəstəxanasının radioloqu

Prof. Dr. Andrey Mişenko 

Rusiya Milli Akademiyasının Tədris Klinikasının baş həkimi 

Dr. Ağakişi Yahyayev 

Respublika Diaqnostika Mərkəzinin diaqnostik və invaziv radioloqu

Dr. Elnur Mehdi        

Respublika PET-CT mərkəzinin radioloqu 

Dr. Aydın Mirzəyev     

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun assistenti 

Dr. Lalə Quluzadə 

Azərbaycan Tibb Universitetinin radioloqu

Prof. Məlahət  Soltanova      

Azərbaycan Tibb Universitetinin Radiologiya kafedrasının müdiri, Azərbaycan Radioloqlar Cəmiyyətinin  katibi