TƏDBİRİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
28 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Dayaq Patronaj xidmətinin birgə təşkilatçılığı ilə “29 Oktyabr Ümumdünya İnsultla Mübarizə Günü”nə həsr edilmiş "İnsultdan sonrakı dövrdə reabilitasiya strategiyası" mövzusunda Həmkarlarası müzakirə həyata keçiriləcək.
Tədbir zamanı yüksəkixtisaslı mütəxəssislər tərəfindən insultdan sonrakı dövrün reabilitasiyası, insult keçirmiş xəstələrdə konqnitiv, əqli və danışıq funksiyalarının bərpası strategiyası və insult keçirmiş xəstələrə evdə xidmətin təşkili barədə məruzələr təqdim ediləcək, sual-cavab və müzakirələr təşkil ediləcək.
Tədbir proqrama uyğun olaraq fizioterapevt-reabilitoloq, nevropatoloq, orta tibb personalı və rezidentlər üçün nəzərdə tutulmuşdur. Tədbir əyani olaraq saat 14:30-dan 17:30-dək Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq ZOOM platformasında həyata keçiriləcək.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
28 OKTYABR 2022
AÇILIŞ NİTQLƏRİ
Elman Məmmədov
Mərkəzi Gömrük Hospitalın rəisi
MƏRUZƏÇİLƏR
Dr. Səidə Kərimova
Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu
Dr. Mərziyyə Məmmədova
Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Kliniki-neyrofizioloji laboratoriyasının böyük elmi işçisi, nevroloq, reabilitoloq
Seyranə Mirzəyeva
Dayaq patronaj xidmətinin həkim məsləhətçisi, anestezioloq-reanimatoloq