KONFRANSIN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
"Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər" mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçiriləcəkdir.
28 sentyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Naxçıvan Baş Gömrük İdarəsinin və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər" mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçiriləcəkdir.
Konfransda kardiologiya və kardiovaskulyar cərrahiyyədə müasir trendlər, o cümlədən mövzu ilə əlaqəli sıx rast gəlinən müzakirəli mövzular barədə yüksəkixtisaslı mütəxəssislər tərəfindən təqdimatlar ediləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.
Proqrama uyğun olaraq Konfrans radioloq, ürək-damar cərrahı, kardioloq, nefroloq, fizioterapevt, ümumi cərrah, onkoloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.
H.Əliyev ili çərçivəsində həyata keçiriləcək Konfransın Ulu Öndərin doğulduğu Naxçıvan şəhərində həyata keçirilməsi planlaşdırılır.
Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 10 DTT balı ilə qiymətləndirilib.
Konfransda iştirak ödənişsizdir.
28 SENTYABR 2023
AÇILIŞ NİTQLƏRİ
Ceyhun Məmmədov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi
Vüqar Əliyev
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin rəisi
Musa Quliyev
Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri
Hicran Hüseynova
Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri
Ləman İbrahimova
Naxçıvan Tibb Müəssisələrinin İdarəetmə Birliyinin Müşahidə Şurasının sədri
Yeganə Məmmədova
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sosial siyasət komitəsinin sədri
Elbrus İsayev
Naxçıvan Dövlət Universitetinin rektoru
Gülnaz Dadaşova
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru
Rəşad Mahmudov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini
MODERATORLAR
Suat Büket
Medicana İnternational İzmir Xəstəxanasının prof.ürək-damar cərrahı
Rəşad Mahmudov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim
İlqar Tahiroğlu
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, uzman invaziv kardioloq
Çağatay Engin
Ege Universitetinin Tibb fakultəsinin Kardiovaskulyar cərrahiyyə şöbəsinin prof.ürək-damar cərrahı
Minarə Zeynalova
Naxçıvan Muxtar Respublikasının Onkoloji Mərkəzinin onkoloqu
Mustafa Əliyev
Naxçıvan Muxtar Respublikasının Diaqnostika Müalicə Mərkəzinin Hemodializ şöbəsinin müdiri
Süleyman Cəfərov
Naxçıvan MR Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri. Azərbaycan Respublikasının Əməkdar həkimi,ali dərəcəli kardioloq
Ramin Hacıyev
Naxçıvan MR-nın baş kardioloqu
Elməddin Əliyev
Mərkəzi Gömrük Hospitalının Ürək-damar cərrahiyyəsi şöbəsinin rəisi, uzman ürək-damar cərrahı
MƏRUZƏÇİLƏR
Gülnaz Dadaşova
C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, t.e.d
Eldəniz Hüseynov
Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq
Çağatay Engin
Ege Universitetinin Tibb fakultəsinin Kardiovaskulyar cərrahiyyə şöbəsinin prof.ürək-damar cərrahı
Rəşad Mahmudov
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim
Rabea Asleh
İsrail Hadassah Universiteti Tibb fakültəsinin Ürək çatışmazlığı şöbəsinin müdiri
İlqar Tahiroğlu
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, uzman invaziv kardioloq
Mirməsim Məmmədov
Mərkəzi Gömrük Hospitalının Efferent terapiya şöbəsinin rəisi, nefroloq
Səidə Kərimova
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsinin rəisi
Suat Büket
Medicana İnternational İzmir Xəstəxanasının prof.ürək-damar cərrahı