VEBİNARIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

      MƏQSƏD

  • Koronavirus xəstələrinə qulluq edən orta tibb personalının bilik və bacarıqlarının təkmilləşdirilməsi

 

      VƏZİFƏLƏR

  • Koronavirus xəstələrinə qulluq edən orta tibb personalının bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təcrübə mübadiləsinin təmin edilməsi 
  • Orta tibb personalının koronavirus xəstələrinə qulluq prosesinin təşkili ilə bağlı vacib məqamlar barədə məlumatlandırılması 


 

  • Vebinarda iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir!

"COVID-19 xəstələri ilə işin təşkili: Orta tibb personalının diqqət etməli olduğu vacib məqamlar" mövzusunda Vebinar keçiriləcək 

 

28 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "COVID-19 xəstələri ilə işin təşkili:Orta tibb personalının diqqət etməli olduğu vacib məqamlar" mövzusunda Vebinar keçiriləcək. 


Onlayn formatda ZOOM platforması üzərindən həyata keçiriləcək tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının mütəxəssisləri tərəfindən hazırlanmış məruzələr dinləniləcək və interaktiv sual-cavab sesiyaları təşkil ediləcək.

 

  • Vebinar orta tibb personalı-tibb bacıları üçün nəzərdə tutulmuşdur. 
  • Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya sertifikat veriləcək.
  • Yerlər məhdud olduğu qeydiyyatdan keçmək MÜTLƏQDİR!
  • Vebinarda iştirak ödənişsizdir.

28 YANVAR 2022

AÇILIŞ NİTQLƏRİ

Dr. Elman Məmmədov

Mərkəzi Gömrük Hospitalı,

Hospitalın rəisi

t.e.d. Rəşad Mahmudov

AR Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi

MƏRUZƏÇİLƏR 

Natiq Zülfüqarov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Sanitar Karantin Xidmətinin əməkdaşı

Səttar Yaqubov 

Mərkəzi Gömrük Hospitalının həkim-metodisti, İnfeksiya Nəzarət Komissiyasının sədri

Mədinə Abdullayeva 

Mərkəzi Gömrük Hospitalının infeksionisti

Gülyaz Fərəcova 

Mərkəzi Gömrük Hospitalının baş tibb bacısı, İnfeksiya Nəzarət Komissiyasının üzvü