MAARİFLƏNDİRİCİ SİMPOZİUMUN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
29 iyul 2024-cü il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Sanitar-Karantin Xidməti və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “28 İyul Ümumdünya Hepatit Günü”nə həsr edilmiş “Viral hepatitlər – gözəgörünməz təhlükə ilə mübarizə” mövzusunda maarifləndirici seminar həyata keçiriləcək.
Maarifləndirici seminarda “Viral hepatitlərlə bağlı Azərbaycanda mövcud epidemioloji vəziyyət və qarşısının alınmasına dair nəzarət tədbirləri ” və “Viral hepatitlər və onlardan qorunma yolları” mövzularında məruzələr dinləniləcək. Seminar zamanı viral hepatitlərin epidemiologiyası, klinik gedişi, onlardan qorunma yolları və vaksinasiyanın əhəmiyyəti barədə auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.
29 İYUL 2024
AÇILIŞ NİTQİ
İsmayıl Əfəndiyev
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb xidməti polkovnik-leytenantı, t.ü.f.d., dosent
MƏRUZƏÇİLƏR
Sahib Ağakişiyev
Sanitar-Karantin Xidmətinin həkim-epidemioloqu, tibb xidməti kapitanı
Mədinə Abdullayeva
Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti, uzman