SEMİNARIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
"COVID-19-un müalicə və diaqnostikasına müasir yanaşma" mövzusunda seminar keçiriləcək
5 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin birgə təşkilatçılığı ilə “COVID-19-un müalicə və diaqnostikasına müasir yanaşma” mövzusunda seminar həyata keçiriləcək.
Seminarda “COVID-19 infeksiyasının diaqnostika və müalicəsində laborator müayinələrin əhəmiyyəti”, “COVID-19 müalicəsində diqqət edilməli vacib məqamlar“ və “COVID 19 pandemiyası dövründə BA (bronxial astma) və AXOX (ağciyərlərin xroniki obstruktiv xəstəliyi) xəstələrinin müalicəsi” mövzularında Mərkəzi Gömrük Hospitalının həkimləri tərəfindən hazırlanmış məruzələr dinləniləcək. Seminar sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.
Seminar əyani şəkildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İxtisaslaşdırılmış müalicə müəssisəsinin tibb xidmətinin Vərəm üzrə təlim mərkəzində həyata keçiriləcək.
05 APREL 2022
AÇILIŞ NİTQİ
İftixar Qurbanov
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb baş idarəsinin rəis müavini, tibb xidməti polkovniki
İsmayıl Əfəndiyev
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent
İradə Məmmədova
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İxtisaslaşdırılmış müalicə müəssisəsinin tibb xidmətinin vərəm üzrə təlim mərkəzinin rəisi
Şəhla Mirzəzadə
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi
MƏRUZƏÇİLƏR
Sevinc Gülmalıyeva
Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi
Mədinə Abdullayeva
Mərkəzi Gömrük Hospitalının infeksionisti
Xumar Novruzova
Mərkəzi Gömrük Hospitalının terapevti