KONQRESİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
"Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konqres keçiriləcək
5 may 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, eləcə də “EGİS Pharmaceuticals PLC”, “Eva Farm” və “Gedeon Richter” şirkətlərinin birgə əməkdaşlığı ilə 5 may Beynəlxalq mama gününə həsr edilmiş "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konqres həyata keçiriləcək.
Hibrid şəkildə həyata keçirilməsi planlaşdırılan Beynəlxalq Elmi Konqresdə “Antenatal xidmət və hamiləlikdə ürək xəstəlikləri”, “Hamiləlik və daxili xəstəliklər”, “Hamiləlikdə endokrin, qan xəstəlikləri və psixi status”, “Hamiləlikdə infeksiyalar və cərrahi patologiyalar” başlıqlı 4 paneldə Azərbaycan, Türkiyə və Britaniyanın yüksəkixtisaslı mütəxəssisləri tərəfindən hazırlanmış ümumilikdə 16 məruzə dinləniləcək. Konqres panel müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.
Konqres proqrama uyğun olaraq xüsusilə mama-ginekoloq, kardioloq, endokrinoloq, damar-cərrahı, ümumi cərrah, infeksionist, hematoloq, psixiatr, onkoloq, nefroloq, anestezioloq-reanimatoloq, pediatr və neonatoloq ixtisasına malik həkimlər üçün nəzərdə tutulmuşdur.
05 MAY 2022
AÇILIŞ NİTQLƏRİ
Ceyhun Məmmədov
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim, tibb xidməti general-mayoru, Azərbaycan
Hicran Hüseynova
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,
s.e.d., professor, Azərbaycan
İlqar Qasımov
Səhiyyə nazirinin müavini, t.e.d., Azərbaycan
Rəşad Mahmudov
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim, Azərbaycan
Cəmilə Qurbanova
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu PHŞ-nin direktoru, t.e.d., professor,
Azərbaycan
Ahmet Cem İyibozkurt
Florence Nigtingale Xəstəxanalar Qrupunun mama-ginekoloqu, Türkiyə
PANEL RƏHBƏRLƏRİ
Cəmilə Qurbanova
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu PHŞ-nin direktoru, t.e.d., professor, Azərbaycan
Hicran Bağırova
Azərbaycan Tibb Universiteti, II Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d., professor, əməkdar elm xadimi, Azərbaycan
Elmira Əliyeva
Azərbaycan Tibb Universiteti, I Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d., professor, əməkdar həkim, Azərbaycan
İslam Mahalov
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Mamalıq-ginekologiya şöbəsinin müdiri, t.e.d., professor, Azərbaycan
Ferid Saracoğlu
Avropa Kosmetik və Rekonstruktiv Ginekologiya Cəmiyyətinin prezidenti, professor, Türkiyə
Təranə Bayramova
Mərkəzi Gömrük Hospitalı, Mama-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d., Azərbaycan
Banu Aygün Kumbak
İstanbul Aydın Universitet Xəstəxanasının Süni Mayalanma Mərkəzinin rəhbəri, Türkiyə
Leyla Rzaquliyeva
Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d., professor, Azərbaycan
Fatih Şendağ
Türkiyə Ginekolojik Endoskopiya Cəmiyyətinin prezidenti, Türkiyə
Ahmet Cem İyibozkurt
Florence Nigtingale Xəstəxanalar Qrupunun mama-ginekoloqu, Türkiyə
MƏRUZƏÇİLƏR
Ferid Saracoğlu
Avropa Kosmetik və Rekonstruktiv Ginekologiya Cəmiyyətinin prezidenti, professor, Türkiyə
Fidan İsrafilbəyli
Birmingem Qadın və Uşaq Hospitalı, PhD, MRCOG, Böyük Britaniya
Yasmin Rüstəmova
Azərbaycan Tibb Universiteti, I Daxili xəstəliklər kafedrasının assistenti, t.e.d., Azərbaycan
Caroline Fox
Birmiqham Qadın və uşaq hospitalı, MRCOG, Böyük Britaniya
Səbuhi Dadaşov
Mərkəzi Gömrük Hospitalı, damar cərrahı, t.ü.f.d., Azərbaycan
Şəymən Qədimova
Azərbaycan Tibb Universiteti, II Mamalıq-ginekologiya kafedrasının professoru, t.e.d., Azərbaycan
Ellada Sarıyeva
Azərbaycan Tibb Universiteti, II Mamalıq-ginekologiya kafedrasının dosenti, t.ü.f.d., Azərbaycan
Təranə Bayramova
Mərkəzi Gömrük Hospitalı, Mama-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d., Azərbaycan
Naidə Novruzova
Mərkəzi Gömrük Hospitalı, endokrinoloq, ADHTİ-nin doktorantı, Azərbaycan
Natavan Axundova
Azərbaycan Tibb Universiteti TCK, I Mamalıq-ginekologiya kafedrasının dosenti, t.ü.f.d, Azərbaycan
Samirə Əkpərbəyova
Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutu, Mamalıq-ginekologiya kafedrasının dosenti, t.ü.f.d, Azərbaycan
Mədinə Abdullayeva
Mərkəzi Gömrük Hospitalı, İnfeksion xəstəliklər üzrə mütəxəssis, Azərbaycan
Namiq Novruzov
Mərkəzi Gömrük Hospitalı, Cərrahiyyə şöbəsinin rəisi, t.ü.f.d., Azərbaycan
İslam Mahalov
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Mamalıq-ginekologiya şöbəsinin müdiri, t.e.d., professor, Azərbaycan
Sədi Allahverdiyev
Mərkəzi Gömrük Hospitalı, Mamalıq-ginekologiya şöbəsi, t.ü.f.d., Azərbaycan