BEYNƏLXALQ ELMİ KONFRANSIN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ 

 

      MƏQSƏD

  • Mama-ginekologiya və pediatriyada elmi-metodoloji yeniliklərin, qabaqcıl klinik təcrübələrin və sübuta əsaslanan tibbi yanaşmaların tətbiqini, multidisiplinar əməkdaşlığın və elmi-tədqiqat fəaliyyətinin inkişafını təşviq etməklə ana və uşaq sağlamlığının qorunması sisteminin səmərəliliyinin artırılmasına, profilaktik tədbirlərin genişləndirilməsinə və tibb mütəxəssislərinin peşəkar potensialının gücləndirilməsinə töhfə vermək. 

 

      VƏZİFƏLƏR

 

  • Ana və uşaq sağlamlığının mühafizəsi sahəsində multidissiplinar elmi-praktik inteqrasiyanı dərinləşdirmək məqsədilə mütəxəssislərarası müzakirələrin və peşəkar diskussiyaların təşkili;
  • Qabaqcıl klinik təcrübələrin öyrənilməsi və tətbiqi məqsədilə mütəxəssislərin diaqnostika və müalicə sahəsində praktik bacarıqlarının artırılması;
  • Ana və uşaq sağlamlığı sahəsində  nadir klinik halların müzakirəsi vasitəsilə qabaqcıl diaqnostik və müalicəvi yanaşmaların qiymətləndirilməsinin, habelə iştirakçıların praktiki səriştələrinin artırılmasının təmin edilməsi;

 

 

“Ana və uşaq sağlamlığında multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

 

19 sentyabr 2026-cı il tarixində Bakı şəhərində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Florence Nightingale Xəstəxanalar Qrupunun və Britaniya-Azərbaycan Həkimləri və Stomatoloqları Assosiasiyasının dəstəyi ilə “Ana və uşaq sağlamlığında multidisiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcəkdir.


Konfrans çərçivəsində Azərbaycan, Türkiyə və Böyük Britaniyadan dəvət olunmuş yüksəkixtisaslı mütəxəssislər tərəfindən elmi təqdimatların keçirilməsi, eləcə də ölkəmizdə fəaliyyət göstərən tibb mütəxəssislərinin beynəlxalq klinik təcrübə ilə tanış olması məqsədilə panel müzakirələrinin təşkili nəzərdə tutulur. Panel müzakirələri zamanı ana və uşaq sağlamlığının təmin edilməsində müxtəlif tibbi ixtisaslar arasında koordinasiyanın gücləndirilməsi, pasiyentyönümlü yanaşmanın tətbiqi, klinik qərarvermənin təkmilləşdirilməsi və müasir tibbi texnologiyalardan səmərəli istifadə imkanları ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.


Konfrans proqrama uyğun olaraq, mama-ginekoloq, neonatoloq, pediatr, kardioloq, radioloq, ümumi cərrah, uşaq cərrahı, anestezioloq-reanimatoloq, infeksionist, oftalmoloq, otorinolarinqoloq, psixiatr və nevropatoloq ixtisasları üzrə fəaliyyət göstərən həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.


Ana və uşaq sağlamlığının qorunması və möhkəmləndirilməsi istiqamətində müasir tibbi yanaşmaların, diaqnostika və müalicə imkanlarının, beynəlxalq təcrübənin, eləcə də multidisiplinar əməkdaşlığın əhəmiyyətinin vurğulanması məqsədilə təşkil ediləcək

 

Elmi Konfransın akkreditasiyası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edilmişdir.
Konfransda iştirak ödənişsizdir.

Qeydiyyatdan keçmək mütləqdir!

19 SENTYABR 2026

AÇILIŞ NİTQİ

Ceyhun Məmmədov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibbi xidməti general-mayoru, t.ü.f.d., əməkdar həkim

Rəşad Mahmudov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim

PANEL RƏHBƏRLƏRİ

Prof. DR. Ahmet Yağmurbaş

Ankara Yıldırım Beyazıt Universitetinin neonatoloqu, Türkiyə

Prof. DR. Selma Aktaş

İstanbul Florence Nightingale Xəstəxanasının Uşaq Sağlamlığı və Xəstəlikləri şöbəsinin neonatoloqu, Türkiyə

Erkin Rəhimov

Respublika Pediatriya Mərkəzinin direktoru, Azərbaycan

Dr. Nahidə Mahmudova

Mərkəzi Gömrük Hospitalının rəis müavini, Azərbaycan

Prof. Dr. Rauf Bəylərov

Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müdiri, t.e.d., professor, əməkdar həkim, Azərbaycan

Dos. Dr. Təranə Tağızadə

Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, Azərbaycan

Prof. Hicran Bağırova

Azərbaycan Tibb Universitetinin II Mamalıq və ginekologiya kafedrasının müdiri, t.e.d., professor, əməkdar elm xadimi, Azərbaycan

Prof. Leyla Rzaquliyeva

Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d., professor, Azərbaycan

Dr. Fidan İsrafil-Bəyli

Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu, t.ü.f.d., Böyük Britaniya

Prof. Dr. Səadət Sultanova

Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının professoru, t.e.d., Azərbaycan

Prof. İslam Mahalov

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Mamalıq və ginekologiya departamentinin müdiri, t.e.d., professor, Azərbaycan

Dr. Təranə Bayramova  

Mərkəzi Gömrük Hospitalı, Mamalıq-ginekologiya şöbə rəisi, t.ü.f.d., Azərbaycan

MƏRUZƏÇİ

Prof. DR. Ahmet Yağmurbaş

Ankara Yıldırım Beyazıt Universitetinin neonatoloqu, Türkiyə

Prof. Merih Çetinkaya

Sağlık Bilimleri Universitetinin pediatr-neonatoloqu, Türkiyə

Uzm. Dr. Telman Aytayev

Mərkəzi Gömrük Hospitalının Pediatriya və neonatologiya şöbəsinin rəisi, Azərbaycan

Prof. DR. Selma Aktaş

İstanbul Florence Nightingale Xəstəxanasının Uşaq Sağlamlığı və Xəstəlikləri şöbəsinin neonatoloqu, Türkiyə

Dr. Rəşad Mahmudov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim, Azərbaycan

Dr. İbrahim Alataş

Ataşehir Florence Nightingale Xəstəxanasının Beyin və Sinir Cərrahiyyəsi şöbəsinin uşaq neyrocərrahı, Türkiyə

T.ü.f.d. Aysel Ələkbərova

Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu, t.ü.f.d., Azərbaycan

Dos. Dr. Təranə Tağızadə

Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, Azərbaycan

T.ü.f.d İkram Rüstəmov

Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsinin dekan müavini, t.ü.f.d., Azərbaycan

Uzm. Dr. Nigar Bayramova

Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının dosenti, Azərbaycan

Uzm. Dr. Anar Qurbanov

Liv Bona Dea Hospitalının  pediatr-reanimatoloqu, şöbə müdiri, Azərbaycan

Uzm. Dr. Vüsal Cəfərov

Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin rəisi, Azərbaycan

T.f.d. Dr. Mircəlal Kazımi

Mərkəzi Gömrük Hospitalı Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin həkim-transplantoloqu, t.ü.f.d., Azərbaycan

Uzm. Dr. Tural Hüseynov

Mərkəzi Klinik Xəstəxananın otorinolarinqoloqu, Azərbaycan

Prof. Mark Kilbi

Böyük Britaniyanın Mamalıq, Ginekologiya və Fetal Təbabət (ana bətnində dölün müalicəsi və cərrahiyyəsi) üzrə professoru, Böyük Britaniya

Dr. Azər Fərəc

Oksigen Klinik Xəstəxanasının Fetal Diaqnostika Mərkəzinin direktoru, t.ü.f.d., Azərbaycan

Dr. Fidan İsrafil-Bəyli

Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu, t.ü.f.d., Böyük Britaniya

Dr. Turab Canbaxışov

Azərbaycan Tibb Universitetinin II Mamalıq və ginekologiya kafedrasının assistenti, t.ü.f.d., Azərbaycan

Prof. Dr. Səadət Sultanova

Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının professoru, t.e.d., Azərbaycan

Prof. Dr. Leyla Rzaquliyeva

Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d., professor, Azərbaycan

Dr. Şəmistan Alıyev

Milli Onkologiya Mərkəzinin Onkoginekologiya şöbəsinin müdiri, t.ü.f.d., Azərbaycan

Dr. Təranə Bayramova  

Mərkəzi Gömrük Hospitalının Mamalıq-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d., Azərbaycan

Prof. Dr. İslam Mahalov

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Mamalıq və ginekologiya departamentinin müdiri, t.e.d., professor, Azərbaycan

Dr. Sədi Allahverdiyev

Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu, t.ü.f.d., Azərbaycan