KONFRANSIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
Hörmətli konfrans iştirakçıları,
Azərbaycan tarixində Ümummilli lider adını qazanmış görkəmli dövlət xadimi Heydər Əliyev xalqımızın yaddaşına dahi insan, tarixi yazan və yaradan siyasətçi, müasir Azərbaycan dövlətçiliyinin banisi, xalq məhəbbətini qazanmış Ulu öndər kimi həkk olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində quruculuq dövrünü yaşayan müstəqil Azərbaycanın bütün sahələrində olduğu kimi elm, təhsil və səhiyyə sektorlarında da mühüm inkişaf, yüksək nəticələr əldə olunmuşdur. Ulu öndərin rəhbərliyi altında həyata keçirilən islahatlar səhiyyə sahəsində inkişafın əsasını qoymuş, yeni perspektivləri müəyyənləşdirmişdir. Səhiyyənin vacib istiqamətlərindən olan kardiologiya və ürək-damar cərrahiyyəsi sahələrində də məhz Ümummilli liderimizin diqqət və qayğısı sayəsində məqsədyönlü şəkildə uğurlara nail olunmuşdur.
Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə sonrakı dövrdə də Azərbaycanın səhiyyə sisteminin inkişafı, həmçinin anadangəlmə ürək qüsurlarının müalicəsinin təşkilində rolu olan prenatal diaqnostika, neonatologiya, pediatriya və uşaq kardiologiyasının da dünya standartları səviyyəsinə yüksəldilməsi istiqamətində nəzərəçarpan nailiyyətlər əldə olunmuşdur.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu da dövlətimiz tərəfindən bu sahədə görülən işlərə, xüsusən də anadangəlmə ürək qüsuru olan uşaqların problemlərinin həllinə hər zaman öz əvəzolunmaz dəstəyini verir. Bu Elmi-Praktik Konfransın da məqsədi Azərbaycanda anadangəlmə ürək qüsuru olan uşaqların müalicəsinin davamlı inkişafına töhfə vermək, beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq və tibb elminin son yeniliklərini müzakirə etməkdir.
Ümidvaram ki, Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar" mövzusundakı bu konfrans Ulu öndərin Azərbaycan səhiyyəsinin, eləcə də Azərbaycan tibb elminin dayanıqlı və sabit inkişafına verdiyi töhfələri bir daha xatırlamağa imkan verəcək, eyni zamanda səhiyyənin daha böyük uğurlara nail olmasına dəstək olacaq. Bu konfransın həkimlər üçün dəyərli məlumatlar əldə edə biləcəkləri maraqlı bir tədbir olduğuna inanır və bütün konfrans iştirakçılarına uğurlar arzu edirəm.
Ceyhun MƏMMƏDOV
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Tibbi Xidmət İdarəsinin rəisi
tibb xidməti polkovniki
MƏRUZƏÇİLƏR
Dr. Rəşad MAHMUDOV
ürək-damar cərrahı
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Bakı, Azərbaycan
Prof. Dr. Öztəkin OTO
ürək-damar cərrahı
Türkiyə Ürək və Sağlamlıq Fondunun prezidenti, İstanbul, Türkiyə
Prof. Dr. Bülent POLAT
ürək-damar cərrahı
Florence Nightingale Xəstəxanalar Qrupu, Uşaq kardiocərrahiyyə şöbəsi, İstanbul, Türkiyə
Prof. Dr. Yalım YALÇIN
invaziv pediatrik kardioloq
Florence Nightingale Xəstəxanalar Qrupu, Pediatrik kardiologiya şöbəsi, İstanbul, Türkiyə
Dr. Ozan UZUNHAN
pediatr-neonatoloq
Florence Nightingale Xəstəxanalar Qrupu, Pediatriya və neonatologiya şöbəsi, İstanbul, Türkiyə
Dr. Johannes RIXE
invaziv kardioloq
Jung-Stilling Xəstəxanası, Daxili xəstəliklər şöbəsinin müdir köməkçisi, Siegen, Almaniya
Prof. Dr. Gündüz DURSUN
invaziv kardioloq
Jung-Stilling Xəstəxanasının baş həkimi, Siegen, Almaniya
Dr. Firudin QURBANOV
kardioloq
Jung-Stilling Xəstəxanası, Kardiologiya şöbəsi, Siegen, Almaniya
Prof. Dr. Franco NACCARELLA
kardioloq
Boloniya Universitetinin kardiologiya kafedrasını, Boloniya, İtaliya
Dr. Saber SIAMAK
həkim genetik
Genetik Mühəndislik və Biotexnologiya üzrə Milli İnstitut, Diaqnostika şöbəsi, Tehran, İran
Dr. Azər FƏRƏCOV
radioloq
Oksigen Klinik Xəstəxanası, Radiologiya şöbəsi, Bakı, Azərbaycan
Dr. Kənan ƏSƏDOV
ürək-damar cərrahı
Mərkəzi Gömrük Hospitalı, Ürək-damar cərrahiyyəsi şöbəsi, Bakı, Azərbaycan
Dr. Telman AYTAYEV
pediatr-neonatoloq
Mərkəzi Gömrük Hospitalı, Pediatriya və neonatologiya şöbəsinin rəisi, Bakı, Azərbaycan
Dr. Nəsimi CABBAROV
invaziv pediatrik kardioloq
Mərkəzi Gömrük Hospitalı, Kardiologiya şöbəsi, Bakı, Azərbaycan
Dr. Mədinə YÜZBAŞIYEVA
pediatrik kardioloq
Respublika Müalicəvi Diaqnostika Mərkəzi, Kardiologiya şöbəsi, Bakı, Azərbaycan
Dr. Təranə GÖYÜŞOVA
anestezioloq-reanimatoloq
Mərkəzi Gömrük Hospitalı, Anesteziologiya və reanimasiya şöbəsi, Bakı, Azərbaycan
Dr. Elşən RZAYEV
invaziv pediatrik kardioloq
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, Kardiologiya şöbəsi, Bakı, Azərbaycan
Dr. Vəli BEHBUDOV
pediatrik kardioloq
Mərkəzi Klinik Xəstəxana, Kardiologiya şöbəsi, Bakı, Azərbaycan
Dr. Erkin RƏHİMOV
pediatr-neonatoloq
Baku Medical Plaza, Pediatriya və neonatologiya, yenidoğulmuşların reanimasiyası şöbəsinin müdiri, Bakı, Azərbaycan