TƏDBİRİN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ 

 

      MƏQSƏD

  • Ürək-damar xəstəliklərinin müalicəsində beynəlxalq təcrübənin tətbiqi məqsədilə mütəxəssislərarası təcrübə mübadiləsinin təşkili

 

      VƏZİFƏLƏR

  • Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə ürək-damar xəstəliklərinin müalicəsində beynəlxalq standartların və yeniliklərin müzakirəsi
  • Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində sual-cavab sessiyalarının təşkil olunması 


 

Astara rayonunda “Ümumdünya Ürək Günü”nə həsr edilmiş silsilə tədbirlər həyata keçiriləcəkdir. 


27-29 sentyabr 2024-cü il tarixlərində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə həyata keçiriləcək “Astara Sağlamlıq Günləri” çərçivəsində Astara rayonunda “Ümumdünya Ürək Günü”nə həsr edilmiş silsilə tədbirlər baş tutacaq.

 

  • 27 sentyabr 2024-cü il tarixində “Azərbaycan Respublikasında Anım Günü”ndə Mərkəzi Gömrük Hospitalının, C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun və TƏBİB-in birgə təşkilatçılığı və ixtisaslaşmış tibb işçilərindən ibarət briqadanın iştirakı ilə Astara Rayon Mərkəzi Xəstəxanasında şəhid və qazi ailələrinin üzvləri üçün ödənişsiz tibbi-sosial xeyriyyə aksiyasının keçirilməsi planlaşdırılır. Aksiya zamanı tibbi yardıma ehtiyacı olan şəhid və qazi ailələrinin üzvlərinə EXO, EKQ, USM və digər zəruri müayinələr (qanda şəkər və xolesterinin təyini, arterial təzyiqin ölçülməsi və s.) vasitəsilə diaqnozun qoyulması və müvafiq müalicələrin təyin edilməsi nəzərdə tutulur.
  • 28 sentyabr 2024-cü il tarixində Astara rayon Mədəniyyət Mərkəzində cənub regionunun (Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan və Əlibayramlı rayonlarının) tibb işçiləri üçün "Ümumdünya Ürək Günü”nə həsr edilmiş "Ürək-damar xəstəliklərinin müalicəsində beynəlxalq təcrübənin tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konfransın həyata keçirilməsi planlaşdırılır. Konfrans zamanı yerli və beynəlxalq ekspertlər tərəfindən təqdimatların edilməsi və region həkimlərinin beynəlxalq təcrübədən yararlanması üçün panel müzakirələrin təşkil olunması nəzərdə tutulur.
  • 29 sentyabr 2024-cü il tarixində isə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı “Təmiz təbiət-sağlam həyat” şüarı ilə Astara şəhərində ekoloji askiyanın keçirilməsi nəzərdə tutulur. 

 

Müvafiq fəaliyyətlərin təşkili ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya instututu, TƏBİB, Astara Rayon İcra Hakimiyyəti, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası, Astara Rayon Mədəniyyət Mərkəzi və Astara Rayon Mərkəzi xəstəxanası ilə əməkdaşlıq ediləcəkdir.

ASTARA SAĞLAMLIQ GÜNLƏRİ

27-28-29 SENTYABR


27 SENTYABR 2024, Astara Rayon Mərkəzi Xəstəxanası 

ŞƏHİD VƏ QAZİ AİLƏLƏRİ ÜÇÜN KARDİOLOJİ TİBBİ-SOSİAL XEYRİYYƏ AKSİYASI


28 SENTYABR 2024, Astara Rayon Mədəniyyət Mərkəzi 

"ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİNDƏ BEYNƏLXALQ TƏCRÜBƏNİN TƏTBİQİ"
BEYNƏLXALQ ELMİ KONFRANS

AÇILIŞ NİTQLƏRİ

Ceyhun Məmmədov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim

Rəşad Mahmudov 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim

Araz Nəsirov 

TƏBİB-in İcraçı direktorunun müavini

Gülnaz Dadaşova

C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru,

professor, t.e.d.

Sinan Nazif Aran

Florence Healthcare Qrupunun icraçı direktoru, Türkiyə

MODERATORLAR

Rəşad Mahmudov 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim

İsax Mustafayev

Ə.Əliyev adına ADHTİ-nun Terapiya kafedrasının professoru, t.e.d., FESC

Altay Tandoğan

İstanbul NS Klinikasının ürək-damar cərrahı, Azərbaycan

Gülnaz Dadaşova

C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru,

professor, t.e.d.

Təranə Cavadova

C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun elmi katibi, t.ü.f.d.

Firudin Qurbanov

Yung-Ştillinq Diakonie Klinik Ziqen Şəhər Xəstəxanasının Kardiologiya şöbəsinin Uzman həkimi

MƏRUZƏÇİLƏR

Gülnaz Dadaşova

C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru,

professor, t.e.d.

Oktay Öztürk

İstanbul Hipokrat Laboratoriyalarının icraçı direktoru, Türkiyə

Günay Hətəmova

Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqu

Firudin Qurbanov

Yung-Ştillinq Diakonie Klinik Ziqen Şəhər Xəstəxanasının Kardiologiya şöbəsinin Uzman həkimi

Rəşad Mahmudov 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim

İsax Mustafayev

Ə.Əliyev adına ADHTİ-nun Terapiya kafedrasının professoru, t.e.d., FESC

Rasim Cəfərov

C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, t.ü.f.d.

Səkinə Osmanova  

C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu

Səbinə İbrahimova

Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi, b.ü.f.d.

 Kənan Əsədov

Mərkəzi Gömrük Hospitalının ürək-damar cərrahı

Günay Məmmədova

Mərkəzi Gömrük Hospitalının kardioloqu


29 SENTYABR 2024, ASTARA RAYON DƏNİZKƏNARI SAHİL

“TƏMİZ TƏBİƏT-SAĞLAM HƏYAT” EKOLOJİ AKSİYA