HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Bəhruz Xalıqov, uzman

şöbə rəisi, uroloq

Həkim müayinəsi qısa vaxt aparan prosedur olsa da, sağlam bir ömrün təminatçısıdır.  Sağlamlığınıza biganə yanaşmayın.

Fəaliyyət sahəsi: Endoskopik və açıq böyrək, sidik axarı, sidik kisəsi daşları, müxtəlif uroloji cərrahi patalogiyalara bağlı laparoskopik və açıq uroloji əməliyyatlar, androloji və uroloji rekonstruktiv  əməliyyatlar. 

 

Təhsil

  • 1998-2004

Azərbaycan Tibb Universiteti, Tibbi profilaktika işi fakültəsi 

  • 2013-2018

Türkiyə Cümhuriyyəti Sağlık Bilimleri Üniversitesi İstanbul Eğitim ve Araştırma Hastanesində  urologiya ixtisası üzrə uzmanlıq təhsili alıb 



Təcrübə və Bacarıqlar

  • 2018-2019. Türkiyənin İstanbul şəhərində “Özel Hospitalist Hastanesi”-ndə uzman uroloq cərrah
  • 2019-cu ildən Mərkəzi Gömrük Hospitalında uzman uroloq cərrah kimi çalışır
  • 2021-ci ildən Mərkəzi Gömrük Hospitalın Urologiya şöbəsinin rəisi vəzifəsində çalışır 

Lisenziyalar və Sertifikatlar

 

  • 2013 Avropa Uroloji Assosiasiyası  və Türk Uroloji Assosiasiyasının birgə təşkil etdiyi III İstanbul Urologiya Günləri, Türkiyə 
  • 2014 XXIII Beynəlxalq Urologiya konqresi Türkiyə, Antalya 
  • 2015  “Prostat xərçəngi və BPH” mövzusunda keçirilən Avrasiya Uroonkoloji Bahar konqresi, Türkiyə, Bursa. 
  • 2015  “Qadınlarda çanaq bölgəsi orqanlarının rekonstruktiv əməliyyatları” mövzusunda simpozium, Türkiyə, İstanbul
  • 2016  “Bahçeşehir Universiteti Tibb Fakültəsi Prof. Rhonton Anatomiya Laboratoriyasında “Dondurulmuş meyit modelində yüksək dərəcəli endoskopik və laporaskopik cərrahiyyə” kursu, Türkiyə, İstanbul
  • 2016 VI Uroonkologiya Qış konqresi, Azərbaycan, Bakı.
  • 2017 Türk Urologiya Akademiyasının təşkil etdiyi böyrək şişləri mövzusunda təkmilləşdirmə kursu, Türkiyə, Bursa
  • 2018 V Beynəlxalq Minimal İnvaziv Uroloji Cərrahiyyə konqresi, Türkiyə, Antalya.
  • 2019 Acıbadem Universiteti  CASE Robotik,  Laparoskopik cərrahiyyə və kliniki anatomiya laboratoriyasında canlı donuz  modelində yüksək dərəcəli müasir laparoskopik böyrək cərrahiyyəsi kursu, Türkiyə, İstanbul.
  • 2021 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin və Azərbaycan Onkoloqlar Cəmiyyətinin təşkilatçılığı keçirilən  IV Beynəlxalq uroonkologiya simpoziumunda  "İnvaziv kisəsi xərçənginə yanaşma" mövzusunda çıxış edib, Azərbaycan, Bakı.
  • 2022 Avropa Urologiya Assosiasiyasının təşkilatçılığı ilə  keçirilən UROtech22 Beynəlxalq konfrans. Türkiyə, İstanbul 
  • 2022 Türkiyə Urologiya Cəmiyyətinin təşkilatçılığı keçirilən 31-ci Milli Urologiya konqresi Şimali Kipr Türk Respublikası.
  • 2022 Azərbaycan Uroloqlar Assosiasiyasının təşkilatçılığı ilə  keçirilən “Qadın və kişi genital xəstəliklərinə baxış” Beynəlxalq simpoziumu.  Azərbaycan, Bakı şəhəri. 
  • 2023. Türk Uroonkoloji Dərnəyinin təşkilatçılığı 16-cı Beynəlxalq Uroonkoloji konqresində iştirak edib. Türkiyə, Antalya şəhəri. 

Üzv olduğu təşkilatlar

 

  • Türk Urologiya Assosiasiyasının üzvü
  • Avropa Urologiya Assosiasiyasının üzvü
  • Türk Uroloji Cərrahiyyə Assosiasiyasının üzvü
  • Türk Endourologiya Assosiasiyasının üzvü