HƏKİMLƏRİMİZ

 

 

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Bəxtiyar Musayev, t.e.d.

baş həkim, ümumi cərrah

Cərrahiyyə gündəlik ağır əməyin, elmin və yaradıcılığın qarışığı olaraq, çox vaxt fədakarlıq və qəhrəmanlıq tələb edən sənətdir - İNCƏSƏNƏTDİR! 

Fəaliyyət sahəsi: Ümumi cərrahiyyə və qastroenterologiya, o cümlədən qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, qida borusu, mədə, nazik və yoğun bağırsaq, dalaq xəstəlikləri, qarın boşluğu üzvləri üzərində bütün növ açıq və laparoskopik əməliyyatların aparılması. 

Təhsil

 

  • 1976-1982

Azərbaycan Tibb Universiteti, müalicə - profilaktika fakültəsi

  • 1982-1983

Bakı şəhəri, 5 saylı kliniki xəstəxana, cərrahiyyə üzrə internatura

  • 2012

Ümumi cərrahiyyə kursu üzrə ümumi təkmilləşmə

  • 2017

Ümumi cərrahiyyə kursu üzrə ümumi təkmilləşmə

 

Təcrübə və Bacarıqlar

  • 1984-2018-ci illər 5 saylı kliniki xəstəxanada cərrah,
  • 1984-2000-ci illərdə Elmlər Akademiyasının ET Fiziologiya İnstitutu (akad. Böyükkişi Ağayevin başçılıq etdiyi biliar sistemin fiziologiyası və cərrahiyyəsi akademik qrupu) və Səhiyyə Nazirliyinin ET Qastroenterologiya İnstitutu-öncə kiçik, sonra isə böyük elmi işçi.
  • 2000-2011-ci illər - 5 saylı kliniki xəstəxanada Cərrahiyyə şöbəsinin müdiri,
  • 2004-2016-cı illər -  Bir neçə özəl tibb müəssisəsində baş həkim vəzifəsində işləyib.
  • 2018-ci ildən Mərkəzi Gömrük Hospitalı, müalicə işləri üzrə baş həkimin müavini vəzifəsində və eyni zamanda ümumi cərrah kimi fəaliyyət göstərir.
  • 2022-ci ildən Gömrük Hospitalının Baş həkim vəzifəsini müvəqqətti icra edir.   
  • 2023-cü ildən Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkimidir.

Nailiyyətlər və Üstünlüklər

 

  • 50-dən yuxarı elmi məqalənin, 1 ixtiranın, 3 səmərələşdirici təklifin və 3 metodik tövsiyənin müəllifidir.
  • Dr.Bəxtiyar Musayev ölkəmizdə endoskopik əməliyyatları ilk aparanlardan biridir (1982-ci ildən diaqnostik müdaxilələr, 90-cı illərin ortasından isə endoskopik cərrahi müdaxilələr).Keçmiş SSRİ məkanında qaraciyərin punksiyaları və perkutan qaraciyər daxili müdaxilələrin aparılmasında pionerlərdən biridir (1984-cü ildən). 
  • 1990-cı ildə tibb elmləri namizədi, 2000-ci ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir.

Lisenziyalar və Sertifikatlar

 

  • 1988 Batumi. Zaqafqaziya respublikaları cərrahlarının qurultayı
  • 1990 Leninqrad (indiki Sankt Peterburq). II Ümumittifaq Qastroenteroloqlar Qurultayı
  • 1991 Daşkənd. I Ümumittifaq Biliyar Cərrahiyyə konqresi
  • 1999 Ankara. Hacettepe Universitetinin Tibb fakültəsində təlim
  • 2000 Tel-Aviv Universitetində təcrübə mübadiləsi
  • 2008 Azərbaycan-Almaniya Cərrahiyyə Günləri 
  • 2009 18-ci Avropa İnsult konfransı, Stokholm, İsveç
  • 2011 Beynəlxalq Endoskopik Laporaskopik Cərrahiyyə konqresi
  • 2012 Brüssel. XX Avropa Endoskopik Cərrahiyyə Konqresi
  • 2017 Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ümumi cərrahiyyə kursu
  • 2017 “Diabetik Ayaq Günü” adlı elmi-praktik konfrans
  • 2018 II Azərbaycan-Türkiyə Kolorektal Cərrahiyyə Günləri
  • 2018 4-cü Beynəlxalq Bariatrik-Metabolik Cərrahi Konqresi
  • 2018 Berlin. Alman dilli ölkələrin Cərrahiyyə konqresi
  • 2018 Ümumdünya Tibbi Sərgi (Medica-2018), Almaniya, Düsseldorf
  • 2019 “Arab-Health-2019” Tibb sərgisi. Birləşmiş Ərəb Əmirlikləri
  • 2019 Florence Nightingale Xəstəxanalar Qrupunda xəstəxana işinin təşkili, infeksion nəzarət sahəsində təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlıq çərçivəsində təkmilləşdirmə kursu. Türkiyə, İstanbul şəhəri
  • 2019 Dezinfeksiya, Antiseptika və sterilizasiya üzrə praktiki kurs. Türkiyə Respublikası, Antalya şəhəri
  • 2020 “Kolorektal Cərrahiyyədə müasir yanaşmalar” mövzusunda beynəlxalq seminar
  • 2022 “Qaraciyər Transplantasiyasında Anesteziya və Reanimasiyaya müasir yanaşma-yeni texnologiyaların tətbiqi” mövzusunda beynəlxalq elmi konfrans