AZ  I  EN  I  RU  

                      





HƏKİMLƏRİMİZ



Ünvan

Bakı, K.Kazımzadə küç. 118

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-0808

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Bəxtiyar Musayev, t.e.d.

baş həkimin müavini, ümumi cərrah

Cərrahiyyə gündəlik ağır əməyin, elmin və yaradıcılığın qarışığı olaraq, çox vaxt fədakarlıq və qəhrəmanlıq tələb edən sənətdir - İNCƏSƏNƏTDİR! 

Fəaliyyət sahəsi: Ümumi cərrahiyyə və qastroenterologiya, o cümlədən qara ciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, qida borusu, mədə, nazik və yoğun bağırsaq, dalaq xəstəlikləri, qarın boşluğu üzvləri üzərində bütün növ açıq və laparoskopik əməliyyatların aparılması. 

Təhsil

 

  • 1976-1982

Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə - profilaktika fakültəsi

  • 1982-1983

Bakı şəhəri, 5 saylı kliniki xəstəxana, cərrahiyyə üzrə internatura

  • 2012

Ümumi cərrahiyyə kursu üzrə ümumi təkmilləşmə

  • 2017

Ümumi cərrahiyyə kursu üzrə ümumi təkmilləşmə

 

Təcrübə və Bacarıqlar

  • 1984-2018-ci illər 5 saylı kliniki xəstəxanasında cərrah,
  • 1984-2000-ci illərdə Elmlər Akademiyasının ET Fiziologiya İnstitutu (akad. Böyükkişi Ağayevin başçılıq etdiyi biliar sistemin fiziologiyası və cərrahiyyəsi akademik qrupu) və Səhiyyə Nazirliyinin ET Qastroenterologiya İnstitutu-öncə kiçik, sonra isə böyük elmi işçi.
  • 2000-2011-ci illər - 5 saylı kliniki xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri,
  • 2004-2016-cı illər -  Bir neçə özəl tibb müəssisəsində baş həkim vəzifəsində işləyib.
  • 2018-ci ildən Mərkəzi Gömrük Hospitalı, müalicə işləri üzrə baş həkimin müavini vəzifəsində və eyni zamanda ümumi cərrah kimi fəaliyyət göstərir.

Nailiyyətlər və üstünlüklər

 

  • 50-dən yuxarı elmi məqalənin, 1 ixtiranın, 3 səmərələşdirici təklifin və 2 metodik tövsiyənin müəllifidir. 
  • Bəxtiyar Musayev ölkəmizdə endoskopik əməliyyatları ilk aparanlardan biridir (1982-ci ildən diaqnostik müdaxilələr, 90-cı illərin ortasından isə endoskopik cərrahi müdaxilələr).Keçmiş SSRİ məkanında qaraciyərin punksiyaları və perkutan qaraciyər daxili müdaxilələrin aparılmasında pionerlərdən biridir (1984-cü ildən). 
  • 1990-cı ildə tibb elmləri namizədi, 2000-ci ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiyə etmişdir.
     

 


Lisenziyalar və Sertifikatlar

 

  • 1988 Batumi. Zaqafqaziya respublikaları cərrahlarının qurultayı
  • 1990 Leninqrad (indiki Sankt Peterburq). II Ümumittifaq Qastroenteroloqlar Qurultayı
  • 1991 Daşkənd. I Ümumittifaq Biliyar Cərrahiyyə konqresi
  • 1999 Ankara. Hacettepe Universitetinin Tibb fakültəsində təlim
  • 2000 Tel-Aviv Universitetində təcrübə mübadiləsi
  • 2008 Azərbaycan-Almaniya Cərrahiyyə Günləri 
  • 2009 18-ci Avropa İnsult konfransı, Stokholm, İsveç
  • 2011 Beynəlxalq Endoskopik Laporaskopik Cərrahiyyə konqresi
  • 2012 Brüssel. XX Avropa Endoskopik Cərrahiyyə Konqresi
  • 2017 Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ümumi cərrahiyyə kursu
  • 2017 “Diabetik Ayaq Günü” adlı elmi-praktik konfrans
  • 2018 II Azərbaycan-Türkiyə Kolorektal Cərrahiyyə Günləri
  • 2018 4-cü Beynəlxalq Bariatrik-Metabolik Cərrahi Konqresi
  • 2018 Berlin. Alman dilli ölkələrin Cərrahiyyə konqresi.