HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Bəylər İmanov

təcili tibbi yardım həkimi

Bəzən insan həyatı ilk tibbi yardımın vaxtında və düzgün göstərilməsindən asılı olur. Həkimin kiçik bir səhvi böyük faciə ilə nəticələnə bilər. Mənim üçün insan həyatı çox dəyərlidir, həmişə çalışıram tibbi yardıma ehtiyacı olan çarəsiz insanlara kömək edim, onların yaşaması üçün əlimdən gələni əsirgəmirəm.

Fəaliyyət sahəsi: Protokola (CPR, BLS, ACLS, ATLS) uyğun olaraq reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralanan xəstələrin təcili qəbulu, stabilləşdirilməsi və ixtisasçılara ötürülməsi; Kardiovaskulyar, pulmonar, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələr üçün ilkin qiymətləndirmə və yardım; Xəsarət almış və şok halında olan xəstələrin ilkin və yekun qiymətləndirilməsi; Beyin zədəsi olan xəstənin Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardım; Baş və üz yaralanmalarının qiymətləndirilməsi, boyun və onurğanın zədələnməsi zamanı immobilizasiya; Kiçik cərrahi prosedurların aparılması; Xəstələrin ölkə daxilində və ölkə xaricinə nəql olunması.

Təhsil

  • 2009-2015

Rusiya Federasiyası Şimali Osetiya Dövlət Tibb Akademiyasının Müalicə işi fakültəsi

  • 2015-2018

Rusiyanın Tver Dövlət Tibb Universiteti. Ümumi cərrahiyyə ixtisası üzrə ordinatura

  • 2015-2017

Rusiyanın Tver Dövlət Tibb Universiteti – həkim-cərrah

Təcrübə və Bacarıqlar

 

  • 2019-2020 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı, Təcili tibbi yardım həkimi
  • 2021 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı, Təcili tibbi yardım həkimi
     

 


Lisenziyalar və Sertifikatlar

 

  • 2023 “National CPRF Foundation” tərəfindən Böyüklərdə, uşaqlarda, yenidoğulmuşlarda boğulma hallarında tibbi yardım. Avtomatlaşdırılmış xarici defibrillyasiya (ilk yardım) kursunu keçmiş və sertifikat almışdır.