KONFRANSIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

      MƏQSƏD

  • Böyrək xəstəliklərinə multidissiplinar yanaşmanın müasir aspektləri barədə müvafiq ixtisaslı mütəxəssislərin maarifləndirilməsi 

 

      VƏZİFƏLƏR

  • Yerli ekspertlərin iştirakı ilə nefrologiyada sıx rast gəlinən müzakirəli mövzular barədə mütəxəssislərarası təcrübə mübadiləsinin təşkili
  • Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində panel müzakirələrin və sual-cavab sesiyalarının təşkil olunması 


 

  • Konfransda iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir!

“Ümumdünya Böyrək Günü”-nə həsr edilmiş “Böyrək xəstəliklərinə multidissiplinar yanaşma” mövzusunda Elmi Konfrans keçiriləcək.

 

9 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxana PHŞ”-nin,” “Azərbaycan Nefroloqlar Cəmiyyəti” İctimai Birliyinin, “Nefrologiyanın İnkişafına Yardım” İctimai Birliyinin birgə təşkilatçılığı və “EGİS Pharmaceuticals PLC” şirkətlərinin ölkə nümayəndəliyinin dəstəyi ilə “Böyrək xəstəliklərinə multidissiplinar yanaşma” mövzusunda Elmi Konfrans həyata keçiriləcək.

 

Konfransda “Böyrək xəstəliyinin diaqnoz və təqibindəki yeniliklər”, “Xroniki böyrək xəstəliyi: Səbəb hər zaman böyrək deyil!” və “Xroniki böyrək xəstəliyinin uroloji səbəbləri”, “Böyrəkəvəzedici müalicələrdə müasir aspektlər” başlıqlı 4 paneldə ümumilikdə 17 məruzə təqdim olunacaq. Məruzələr müvafiq sahənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdim olunacaq, eyni zamanda dinləyicilərin sualları cavablandırılacaq və panel müzakirələr təşkil olunacaq.


Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə konfrans hibrid formatda həyata keçiriləcək. 
Konfrans əyani şəkildə M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxana PHŞ-nin akt zalında, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək. 
Proqrama uyğun olaraq konfrans nefroloq, uroloq, uşaq cərrahı, onkoloq, pediatr, cərrah, infeksionist, laborant, terapevt, radioloq, mama-ginekoloq, anestezioloq-reanimatoloq, kardioloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur. 

 

 

 

  • Konfransın akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilmişdir.
  • Konfransda iştirak ödənişsizdir!  
  • Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

09 MART 2023

AÇILIŞ NİTQİ

Ceyhun Məmmədov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim, Azərbaycan

İsmayıl Əfəndiyev

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent

Rəşad Mahmudov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim, Azərbaycan

Fariz Babayev

“Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” PHŞ-nin direktoru, t.ü.f.d., Azərbaycan

Anar İsrafilov 

TƏBİB-in icraçı direktorunun müavini

Cəbrayıl Cəbrayılov

“Azərbaycan Nefroloqlar Cəmiyyəti” İctimai Birliyinin sədri, t.ü.f.d., Azərbaycan 

MODERATORLAR 

t.e.d., prof. Südeyf İmamverdiyev

MEA-nın müxbir üzvü, Urologiya kafedrasının müdiri

 

t.ü.f.d. Cəbrayıl Cəbrayılov

“Azərbaycan Nefroloqlar Cəmiyyəti” İctimai Birliyinin sədri

Dr. Mirmənsim Məmmədov

Mərkəzi Gömrük Hospitalının Efferent Terapiya şöbəsinin rəisi

t.e.d. İlham Həmidov 

Akademik Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Hemodializ laboratoriyasının müdiri

 

Dr. Hikmət İsmayılov

Medservis özəl tibb mərkəzinin direktoru

 

t.e.n. Ramiz Əliyev

Türkish-Lab Laboratoriyasının Baş Məsləhətçisi

 

t.e.d., prof. Kamal Abdullayev

Uşaq Uroloji Xəstəxanasının direktoru

 

t.e.d. Fuad Quliyev

Milli Onkologiya Mərkəzinin Baş direktorunun müavini, onkouroloq

 

t.ü.f.d., dosent Allahverdi Musayev

K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru

 

Dr. Barat Yusubov

Azərbaycan Tibb Universitetinin nefroloqu, Azərbaycan

 

t.ü.f.d. Fariz Babayev 

Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası PHŞ-nin direktoru

 

t.e.d. Xanbaba Hüseynov

M. Topçubaşov adına elmi-cərrahiyə Mərkəzinin elmi işlər üzrə direktor müavini 

 

MƏRUZƏÇİLƏR 

t.e.d., prof. Fuad Sərdarlı

Akademik Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Nefrologiya kafedrasının müdiri 

 

t.e.d. İlham Həmidov

Akademik Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Hemodializ laboratoriyasının müdiri

Dr. Fərhad Şirinov

Liv Bona Dea Hospitalının nefroloqu 

Dr. Zaur Əhmədov

HB Güvən Klinikasının nefroloqu

 

Dr. Mirmənsim Məmmədov

Mərkəzi Gömrük Hospitalının Efferent Terapiya şöbəsinin rəisi

t.ü.f.d. Aytən Məmmədzadə

ATU-nun I Daxili xəstəliklər kafedrasının dosenti, TTK Nefrologiya şöbəsinin müdiri

Dr. İlqar Tahiroğlu

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi

 

Dr. Gülnar Nuriyeva 

Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu

Dr. Bəhruz Xalıqov

Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi

Dr. Mansur Xəlilov

HB Güvən Klinikasının baş həkimi, uroloq-androloq

 

t.ü.f.d. Rəfail Soltanov

Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası PHŞ-nin Uşaq Uroloji şöbəsinin müdiri

Dr. Vüsal Cəfərov

Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin rəisi

Dr. Samir Ağalarov 

Mərkəzi Gömrük Hospitalının uroloqu 

 

t.ü.f.d. Rüfət Əhədov

Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Respublika Hospitalının Hemodializ şöbəsinin müdiri

Dr. Xəyalə Quluzadə

Kliniki Tibbi Mərkəz PHŞ-nin Nefrologiya və dializ şöbəsinin müdiri

t.ü.f.d. Bəhruz Hüseynov

Bakı şəhəri Biləcəri qəsəbəsi Mərkəzi Dəmiryol Xəstəxanasının Efferent terapiya şöbəsinin müdiri

 

Dr. Kamil Müslümov 

Medservis özəl tibb mərkəzinin nefroloqu