GÖRÜŞÜN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 

      MƏQSƏD

  • Gənc həkim və rezidentlərin tibb təhsili Böyük Britaniyada davam etdirilməsi və mama-ginekologiya üzrə ixtisaslaşmaya dair maarifləndirilməsi 

 

      VƏZİFƏLƏR

  • Gənc həkimlərin beynəlxalq təcrübəni yiyələnməsi üçün xarici ölkələrdə yaşayan həmvətənlərlə məlumat mübadiləsinin təşkil edilməsi 
  • Ölkədə və dünyada yaşayan azərbaycanlı həkimlər arasında bilik və məlumat körpüsünün yaradılması vasitəsilə şəbəkələşmənin təşkili 


 

  • QEYDİYYATDAN KEÇMƏK MÜTLƏQDİR!

Gənc həkim və rezidentlər üçün Böyük Britaniyada tibb təhsili və mama-ginekologiya üzrə ixtisaslaşmaya dair maarifləndirici görüş keçiriləcəkdir.

 

19 aprel 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə gənc həkim və rezidentlər üçün “Azərbaycandan Böyük Britaniyaya aparan uğur hekayəsi” şüarı ilə Böyük Britaniyada tibb təhsili və mama-ginekologiya üzrə ixtisaslaşmaya dair maarifləndirici görüş həyata keçiriləcəkdir. 


Görüşdə Böyük Britaniyanın Kral Bekşeyr Hospitalının həkimi MD, Sakinə İbrahimova “Böyük Britaniyada tibb təhsili: ümumi prosedur və qaydalar” və Böyük Britaniyanın Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu PhD Fidan İsrafil-Bəyli “Böyük Britaniyada mama-ginekologiya üzrə ixtisaslaşma: ümumi prosedur və qaydalar” barədə ətraflı məlumat verəcək və auditoriyanı maraqlandıran sualları cavablandıracaq.


Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə tədbir hibrid formatda həyata keçiriləcək. Tədbir 15:00-dan 17:00-dək əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək. Tədbir xüsusilə gənc həkim və rezidentlər üçün nəzərdə tutulmuşdur.


Böyük Britaniyada tibb təhsili və mama-ginekologiya üzrə ixtisaslaşma barədə məlumatlanmaq istəyən hər bir tibb işçisi görüşdə iştirak üçün dəvətlidir!
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

 

19 MAY 2023

AÇILIŞ NİTQİ

MODERATOR

İsmayıl Əfəndiyev                 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent

Şəhla Mirzəzadə

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin elmi-təcrübi tədris mütəxəssisi


SPİKERLƏR

PhD, Fidan İsrafil-Bəyli 

Böyük Britaniyanın Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu

MD, Sakinə İbrahimova 

Böyük Britaniyanın Kral Bekşeyr Hospitalının həkimi