CANLI YAYIM ARXİVİMİZ

“Canlı yayım” səhifəmizdə Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimizin canlı yayımlarını izləyə bilərsiniz. Burada Sizi maraqlandıran həkimi seçərək canlı yayımını izləyə və canlı yayımda verilən aktual sualları izləyə bilərsiniz.

Dr. Sevinc Kərimova 1992-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 1992-1993-cü illərdə Mərkəzi Hövzə xəstəxanasında internatura keçmişdir. 1996-2009-cu illərdə  Dövlət tibb müəssisəsində həkim-dermatoveneroloq kimi çalışıb. Dr.Sevinc Kərimova 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında həkim-dermatoveneroloq  kimi fəaliyyət göstərir. 
Dr.Sevinc Kərimova Türk Dermotoloji dərnəyinin, Avropa Asiya Dermotoloqlar  
cəmiyyətinin və Rusiya Dermotoloji dərnəyinin üzvüdür.

Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Ramin Rzayev 2001-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra təhsilini 2001-2003-cü illərdə Rusiyada Akademik İ.P.Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetində davam etmişdir. 
2010-cu ildə “Çanağın həlqəsinin tamlığının pozulması ilə müşaiyət olunan ağır travmalarının cərrahi müalicəsi” üzrə elmi işini müdafiə etmişdir.
Dr. Ramin Rzayev əmək fəaliyyətinə 2006-cı ildə Rusiyada professor İ.İ. Djanelidze adına Sankt-Peterburq Təcili Tibbi Yardım Elmi Tədqiqat İnstitutunda başlayıb. 2010-cu ildən isə Mərkəzi Gömrük Hospitalında həkim travmatoloq- ortoped kimi fəaliyyət göstərir. O, Hospitalın Travmatologiya şöbəsinin rəisidir.

Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Dr. Bəhruz Xalıqov 2004-cü ildə Azərbaycan Tibb Universitetini bitirib, 2012–2013-cü illərdə İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsinin Anesteziologiya və reanimatologiya kafedrasında təhsilini davam etdirib. 2013-2018-ci illərdə Türkiyə Sağlık Bilimleri Universitesinin İstanbul Egitim ve Araştırma Xəstəxanasının Urologiya kafedrasında uzmanlıq təhsili alıb. Hazırda Mərkəzi Gömrük Hospitalında uzman uroloq kimi fəaliyyət göstərir.


Dr. Bəhruz Xalıqov  Türk Urologiya Assosiasiyasının, Avropa Urologiya və Türk Uroloji Cərrahiyyə Assosiasiyasının, Türk Endourologiya Assosiasiyasının üzvüdür. 

Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Dr. Emin Hacıbalayev Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirdikdən sonra 2010-2013-cü illərdə Rusiyada, N.A. Bakulev adına Ürək damar cərrahiyyəsi Elmi-Tədqiqat Mərkəzinin Angioqrafiya şöbəsində həkim-ordinator kimi çalışmışdır. Kardiologiyanın bütün sahələrində 10 il iş təcrübəsinə malik Dr.Emin Hacıbalayev Azərbaycan Kardiologiya Cəmiyyətinin və Avropa Kardiologiya Cəmiyyətinin üzvüdür.


2014-cü ildən Mərkəzi Gömrük Hospitalında həkim-kardioloq işləyir.

Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Dr. Vüsal Cəfərov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirdikdən sonra 2011-2016-cı illərdə İstanbul Cərrahpaşa Universitetinin Tibb fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində uzmanlıq təhsili almışdır. Dr. Vüsal Cəfərov 2016-cı ildən etibarən Mərkəzi Gömrük Hospitalında uşaq cərrahı kimi çalışır.
Dr. Vüsal Cəfərov uşaqlarda anadangəlmə inkişaf qüsurlarını, yenidoğulmuş uşaqların cərrahi problemlərini, müxtəlif növ uşaq uroloji əməliyyatlarını, uşaqlarda rast gəlinən təcili patalogiyaları həm açıq cərrahiyyə, həm də laparoskopik üsulla icra edir. 2019-cu ildə Dr. Vüsal Cəfərovun ABŞ-ın nüfuzlu “Journal of Pediatric Surgery Case Report” və Türkiyənin “Annals of Medical Research” jurnallarında elmi məqalələri dərc olunub.

Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Dr. Elnur Pirəliyev  Azərbaycan Tibb Universitetinin  müalicə işi fakültəsini bitirdikdən sonra  2014-2019-cu illərdə Türkiyə Cümhuriyyəti  Bezmialem Vakıf Universitetində cərrah ixtisası üzrə uzmanlıq təhsili  almış və 2019-cu ildə ABŞ-ın məşhur Cleveland Clinic xəstəxanasında Endokrin ve Metabolozim Cərrahiyyəsi, Minimal invaziv və Robotik cərrahiyyə üzrə  təhsilini davam etdirmişdir. Dr. Elnur Pirəliyevin Braziliyanın, Avstraliyanın, ABŞ-ın və Türkiyənin bir çox nüfuzlu elmi tibbi jurnallarında 20-yə yaxın elmi məqalələri dərc olunmuşdur. 

Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Dr Bəhruz Xalıqov 2004-cü ildə Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsini bitirdikdən sonra 2013-2018-ci illərdə Türkiyə Cümhuriyyəti Sağlık Bilimleri Üniversitesi İstanbul Eğitim ve Araştırma Hastanesində urologiya ixtisası üzrə təhsilini davam etdirib. 2018-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən “Özel Hospitalist Hastanesi”-ndə uzman uroloq cərrah kimi bir il müddətində uğurla fəaliyyət göstərmişdir. 2019-cu ildən Mərkəzi Gömrük Hospitalında cərrah uroloq kimi çalışır. 
​​​​​​​Dr. Bəhruz Xalıqov Türk Urologiya Assosiasiyasının, Avropa Urologiya və Türk Uroloji Cərrahiyyə Assosiasiyasının, Türk Endourologiya Assosiasiyasının üzvüdür. 

Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

T.f.d. Dr. Səbuhi Dadaşov "DİABETİK PƏNCƏ" mövzusunda canlı yayımı
14 Noyabr 2019

 

Dr. Səbuhi Dadaşov 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-2009-cu illərdə İ.M. Seçenov adına Moskva Tibb Akademiyasında kliniki ordinaturada təhsil almış, 2009-2012-ci illərdə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində aspiranturada təhsilini davam etdirmiş, həmin Universitetin 1 nömrəli universitet klinik xəstəxanasında həkim-aspirant kimi çalışmışdır.  2013-cü ildən Mərkəzi Gömrük Hospitalında damar cərrahı işləyir. 
Dr. Səbuhi Dadaşov Rusiya Federasiyası Ürək-Damar Cərrahları Assosiasiyasının və Avropa Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvüdür.


Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

T.f.d. Dr. Mojtaba Haşemzadeh “PİYLƏNMƏ” mövzusunda canlı yayımı
06 Noyabr 2019

 

Dr. Mojtaba Haşemzadeh 1993-cü ildə Məşhəd Tibb Universitetinin Müalicə fakültəsini, 1999-cu ildə Tehran Tibb Universitetinin Ümumi cərrahiyyə, 2005-ci ildə isə Qarın və döş qəfəsi cərrahiyyəsi fakültələrini, 2010-cu ildə ABŞ Beth Universitetinin Bariatrik cərrahiyyə fakültəsini bitirmişdir.
Dr. M.Haşemzadeh dünyanın müxtəlif klinikalarında 8000-dən artıq uğurlu bariatrik əməliyyat icra edib. Hazırda onun pasiyentləri Mərkəzi Gömrük Hospitalına tək Azərbaycandan deyil, həm də Böyük Britaniya, Kanada, İsveçrə, ABŞ, İrandan və başqa ölkələrdən müraciət edirlər.
2000-ci ildən Tehranın özəl və dövlət tibb müəssisələrində ümumi cərrah, bariatrik cərrah işləmişdir. 2018-ci ildən Mərkəzi Gömrük Hospitalında bariatrik cərrah kimi çalışır.


Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Uzman Dr. Telman Aytayev "PEYVƏNDLƏRİN UŞAQLARA FAYDASI" mövzusunda canlı yayımı
30 Oktyabr 2019

 

Dr. Telman Aytayev 2004-cü ildə Türkiyə Atatürk Universitetinin Tibb fakültəsini bitirib, 2005-2010-cu illərdə Hacettepe Universitetinin Tibb fakültəsinin pediatriya bölməsində təhsilini davam etdirib. 2016-2017-ci illərdə Türkiyədə Konya Meram Tibb fakültəsinin neonatologiya şöbəsini uzman pediatr kimi bitirmişdir. 
2010-2017-ci illərdə   Türkiyənin bir sıra dövlət və özəl tibb müəssisələrində uzman pediatr işləmişdir. Dr. Telman Aytayev 2017-ci ildən Mərkəzi Gömrük Hospitalının Pediatriya və neonatologiya bölməsinin rəisi vəzifəsində çalışır. 


Dr. Telman Aytayevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

T.f.d. Dr. Mircəlal Kazımi "Qarciyər transplantasiyası" mövzusunda canlı yayımı
18 Oktyabr 2019

 

Dr. Mircəlal Kazımi 2000-ci ildə Azərbaycan Tibb Universitetini bitirmiş, 2008-ci ildə  Türkiyənin Ege Universitetinin Tibb fakültəsinin Cərrahiyyə və orqan transplantasiyası şöbəsində təhsilini davam etdirmişdir. 
Dr. Mircəlal Kazımi Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını uğurla icra etmiş cərrah transplantoloqdur. Bu günə qədər 800-dən çox orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda icra olunan təkcə böyrək transplantasiyası əməliyyatlarının 90%-i Dr. M.Kazımi tərəfindən icra edilib.   
2018-ci ildən Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri vəzifəsində çalışır. Avropa Qaraciyər Transplantasiyası Registrinin Transplantasiya Cəmiyyəti və  Yaxın Şərq Orqan Transplantasiyası cəmiyyətinin üzvüdür.


Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

T.f.d. Dr. Mircəlal Kazımi "Orqan transplantasiyası" mövzusunda canlı yayımı
12 Oktyabr 2019


Dr. Mircəlal Kazımi 2000-ci ildə Azərbaycan Tibb Universitetini bitirmiş, 2008-ci ildə  Türkiyənin Ege Universitetinin Tibb fakültəsinin Cərrahiyyə və orqan transplantasiyası şöbəsində təhsilini davam etdirmişdir. 
Dr. Mircəlal Kazımi Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını uğurla icra etmiş cərrah transplantoloqdur. Bu günə qədər 800-dən çox orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda icra olunan təkcə böyrək transplantasiyası əməliyyatlarının 90%-i Dr. M.Kazımi tərəfindən icra edilib.   
2018-ci ildən Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri vəzifəsində çalışır.  Avropa Qaraciyər Transplantasiyası Registrinin Transplantasiya Cəmiyyəti və Yaxın Şərq Orqan Transplantasiyası cəmiyyətinin üzvüdür.


Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

T.f.d. Dr. Mircəlal Kazımi "Orqan transplantasiyası" mövzusunda canlı yayımı
12 Oktyabr 2019


05:24    Ölümdən sonra orqanlar bağışlana bilərmi?
12:43    Orqan transplantasiyasi əməliyyatlarına yaş məhdudiyyəti varmı?
13:42    MGH-da nə qədər orqan transplantasiyası əməliyyatı etmisiniz?
14:18    Donorlar haqqında məlumat
14:52    Donorların yaş qrupu haqqında məlumat
15:12    Həkimin və komandasının təhsili haqqında məlumat
16:40    Uşaqlarda donor transplantasiyası əməliyyatları haqqında məlumat
18:10    Uşaqlar donor ola bilərmi?
18:30    Dializə girmədən böyrək transplantasiyası mümkündürmü?
19:48    Hepatit B bağlı və yaxud hepatit B və ya D olan xəstəyə qara ciyər transplantasiyası olarmı?
22:10    Təkrar orqan transplantasiyası mümkündürmü?
22:34    Öd kisəsində daşı olan hər xəstəyə mütləq əməliyyat olmalıdırmı?
23:55    Öd daşından qurtulmaq üçün nə etmək lazımdır?
25:07    Öd kisəsində çöküntü olduğu zaman müalicə məsləhətdir, ya əməliyyat?
25:30    Donorlar əməliyyatdan sonra özlərini necə hiss edir? Bu onların sağlamlığına təsir edirmi?
29:02    Öd kisəsi əməliyyatları hansı üsulla icra olunur?
29:26    Orqan transplantasiyasi əməliyyatından sonra həmin xəstələrin yaşama şansı neçə ildir?
30:57    Donorların da ömürlük qəbul edəcəyi dərman varmı?
32:17    Uzun müddətli dərman və ya kontraseptiv qəbul edənlərdə qaraciyər xəstəliyi yarana bilərmi?
33:08    Donor olan şəxs qan verə bilərmi?
33:22    Qaraciyər hemanqiomaların həyatı təhlükəsi varmı?


Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

​​​​​​​