HƏKİMLƏRİMİZ
Ceyhun Əliyev
təcili tibbi yardım həkimi
Təcili yardım ağır vəziyyətə düşmüş insanların ümid yeri, xilas şansıdır. Bu müqəddəs amala xidmət etmək hər bir təcili yardım həkimi üçün qürurvericidir.
Fəaliyyət sahəsi: Protokola (CPR, BLS, ACLS, ATLS) uyğun olaraq reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralanan xəstələrin təcili qəbulu, stabilləşdirilməsi və ixtisasçılara ötürülməsi; kardiovaskulyar, pulmonar, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələr üçün ilkin qiymətləndirmə və yardım; xəsarət almış və şok halında olan xəstələrin ilkin və yekun qiymətləndirilməsi; beyin zədəsi olan xəstənin Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardım; baş və üz yaralanmalarının qiymətləndirilməsi, boyun və onurğanın zədələnməsi zamanı immobilizasiya; kiçik cərrahi prosedurların aparılması; xəstələrin ölkə daxilində və ölkə xaricinə nəql olunması
Təhsil
Azərbaycan Tibb Universiteti “Müalicə işi” fakültəsi
Kliniki Tibbi Mərkəzdə həkim-interna
Təcrübə və Bacarıqlar
Nailiyyətlər və Üstünlüklər
Lisenziyalar və Sertifikatlar
2016 Təcili yardım üzrə treninq. Təşkilatçı: Türkiyə Respublikası Səhiyyə Nazirliyi
2019 "Xəstəliklərə nəzarət, profilaktika və menecment” mövzusunda seminar
Təşkilatçı Çin Xalq Respublikası Ticarət Nazirliyi