HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Elçin Abbaszadə, t.f.d.

neyrocərrah

Mənim üçün bu həyatda ən müqəddəs vəzifə xəstə insanları müalicə edərək onları yenidən cəmiyyətə, normal həyata, normal işlərinə qaytarmaqdır. Taleyimdən razıyam, ona görə  ki, məhz bu işlə məşğulam və bundan həmişə qürur duyuram.

Fəaliyyət sahəsi: Baş-beyin və onurğa beyin şişlərinin, baş və onurğa sütunun travmalarının, periferik sinirlərdə baş-beyin və onurğa-beyni damar xəstəliklərinin, fəqərəarası disk yırtıqlarının  cərrahi  əməliyyatlarının icrası.

Təhsil

  • 1993-1999

Azərbaycan Tibb Universiteti, müalicə-profilaktika fakültəsi

  • 1999-2001

Rusiya Federasiyası Yaroslavl Dövlət Tibb Akademiyası, neyrocərrahiyyə ixtisası üzrə  klinik ordinatura

Nailiyyətlər

 

  • 2009-2012 Romadanov adına Ukrayna Neyrocərrahiyyə İnstitutunda aspirantura təhsil almış və “Beyin anevrizmalarının cərrahi müalicəsi” mövzusunda elmi işi müdafiə etmişdir. 

 

Təcrübə və Bacarıqlar

  • 2003-2005 Mərkəzi Hərbi Klinik hospital, həkim-neyrocərrah
  • 2005-2012 Dövlət və özəl tibb müəssisələrində həkim-neyrocərrah
  • 2012-ci ildən Mərkəzi Gömrük Hospitalında neyrocərrah kimi çalışır 

Lisenziyalar və Sertifikatlar


  • 2010 Ukrayna Neyrocərrahiyyə İnstitutunun keçirdiyi  “Endovaskulyar neyrocərrahiyyə” kursu. Ukrayna, Kiyev

  • 2015 Santa Barbara klinikasının təşkiltçılığı ilə keçirilən  “Onurğa cərrahiyyəsi” kursu. Almaniya,  Hamm



Üzv olduğu cəmiyyətlər

 

  • Azərbaycan Neyrocərrahiyyə Cəmiyyətinin üzvü

  • Ukrayna Neyrocərrahiyyə Cəmiyyətinin üzvü