HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Elvin Əzizov, t.f.d

otorinolarinqoloq

Hədəfim - hər bir pasiyentimə individual yanaşaraq rahat tənəffüs, saf səs və aydın eşitməni təmin edərək güvəninizi qazanmaqdır. 

Fəaliyyət sahəsi: adenoidektomiya, tonzillektomiya, qulaq pərdəsinə parasentez boru yerləşdirilməsi, xarici qulağın plastikası, açıq və qapalı burun çəpər əyriliyi əməliyyatı, rinoplastika, burun polipləri və burun cibləri xroniki iltihablı xəstəliklərinin cərrahi yolla təmizlənməsi, boynun ön və yan divarının kistlərinin əməliyyatı, qırtlaq biopsiyaları və poliplərinin xaric edilməsi əməliyyatının həyata keçirilməsi.

 

Təhsil

  • 2001-2007

Azərbaycan Tibb Universiteti, müalicə profilaktika fakültəsi

  • 2007-2009

Ukrayna, Xarkov Diplomdansonrası Tibb Akademiyası, otolarinqologiya kafedrası, ordinatura

  • 2010-2013

Ukrayna, Xarkov Diplomdansonrası Tibb Akademiyası, otolarinqologiya kafedrası, aspirantura
  

 

Təcrübə və Bacarıqlar

  • 2007-2014 Ukrayna, Xarkov, 30 saylı Xarkov klinik xəstəxanası, otolarinqoloq
  • 2013-2015 Ukrayna, Xarkov diplom sonrası Tibb Akademiyası, otolarinqologiya  kafedrası, uşaq otolarinqologiyası üzrə staj müddəti    
  • 2015-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-otolarinqoloq kimi çalışır

Nailiyyətlər və Üstünlüklər

  • 2014 Ukrayna, Kiyev, A.S Kolomiyçenko adına Elmi Tədqiqat Otolarinqologiya İnstitutunda tibb elmləri namizədi elmi dərəcəsi  almaq üçün "Agırlaşmış sinusitli xəstələrdə cərrahi müalicənin fotohemoterapiya  istifadəsi ilə optimallaşdırılması" mövzusunda dissertasiya müdafiəsi
  • 2014 Patent № 88326 «Ağırlaşmış paranazal xəstələrin müalicə üsulu" Ukrayna Dövlət patent reyestrində keyfiyyət modelinin qeydiyyatı. 11.03.2014

Lisenziyalar və Sertifikatlar

 

  • 2012 Ukrayna həkim-otolarinqoloaqların elmi-tibbi birliyi “LOR orqanlarının xroniki iltihabi xəstəliklərinin müasir müalicə və diaqnostika metodları"
  • 2012 Gənc alimlərin «21-ci əsrin tibbi» adlı elmi-praktiki konfrans Ukrayna, Xarkov  
  • 2019 Burun boşluğu, paranazal sinusların və kəllə əsasının kadavra materialı üzərində endoskopik sinus cərrahiyyəsi kursu, Rusiya, Sankt-Peterburq şəhəri
  • 2022 Rusiya Rinologiyasının 30 illiyinə həsr olunmuş “Burun boşlugu, paranazal sinuslar və qonşu anatomik strukturların, kadavra materialı üzərində bazal və genişləndirilmiş funksional endoskopik sinus cərrahiyyəsi" yubiley disseksiya kursu. Türkiyə, Ankara şəhəri