ELMİ SİMPOZİUMUN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ 

 

      MƏQSƏD

  • Pediatriya sahəsində elmi irsin müasir tibbi innovasiyalar, rəqəmsal texnologiyalar və sübutlara əsaslanan yanaşmalarla inteqrasiyasını təmin etməklə, uşaq sağlamlığının qorunması, erkən diaqnostika və effektiv multidissiplinar müalicə strategiyalarının inkişafına töhfə verməklə mütəxəssislər arasında elmi əməkdaşlıq və bilik mübadiləsi üçün vahid platforma formalaşdırmaq

 

      VƏZİFƏLƏR

  • Müxtəlif ixtisaslı mütəxəssislər arasında multidissiplinar yanaşmanın praktik tətbiq imkanlarının dəyərləndirilməsi
  • Yerli və beynəlxalq mütəxəssislər arasında təcrübə mübadiləsinin və davamlı peşəkar əlaqələrin inkişafının təşviq edilməsi


 

"Pediatriyada Elmi İrs Və İnnovasiyalar: Hibrid Dünyada Uşaq Olmaq" mövzusunda Beynəlxalq Konqres keçiriləcək

28 fevral 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Tibb Universitetіnin birgə təşkilatçılığı ilə  Professor Nəsibə Ağaismayıl qızı Hüseynovanın 100 illiyinə həsr olunmuş “Pediatriyada Elmi İrs Və İnnovasiyalar: Hibrid Dünyada Uşaq Olmaq” mövzusunda Beynəlxalq Konqres həyata keçiriləcək.


Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçirilməsi planlaşdırılan Beynəlxalq Konqresdə “Uşaq qastroenterologiyası və dietologiya” və “Beynin inkişaf yolu və inkişaf geriliklərində qırmızı bayraqlar” başlıqlı 2 paneldə ümumilikdə 12 məruzə dinləniləcək. 


Konqresdə pediatriya sahəsində aktual problemlər, innovativ yanaşmalar, müasir diaqnostika və müalicə üsulları, eləcə də rəqəmsal texnologiyaların uşaq sağlamlığına təsiri müzakirə olunacaq və tədbir sual-cavab sessiyaları ilə interaktiv şəklində həyata keçiriləcək.


Konqres proqrama uyğun olaraq xüsusilə pediatrlar, ailə həkimləri, səhiyyə mütəxəssisləri və tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.


Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunmuş və 10 DTT balı ilə qiymətləndirilmişdir.

28 FEVRAL 2026

AÇILIŞ NİTQİ

Ceyhun Məmmədov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim

Dr. Rəşad Mahmudov

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d., əməkdar həkim

PANEL RƏHBƏRLƏRİ

Prof. Rauf Bayramov

ATU, I Uşaq xəstəlikləri kafedrası

Dos. İsmayıl Əfəndiyev

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d

Dos. Sabirə Hüseynova

ATU, I Uşaq xəstəlikləri kafedrası

Prof. Gülnarə Nəsrullayeva

ATU, I Uşaq xəstəlikləri kafedrası, t.ü.e.d

t.ü.f.d. Nüşabə Mollayeva 

ATU, I Uşaq xəstəlikləri kafedrası

Bəyaz Namazova

ATU, I Uşaq xəstəlikləri kafedrası

Prof. Aytən Məmmədbəyli

ATU, Nevrologiya kafedrasının müdiri

Dos. Nigar Bayramova

ATU, I Uşaq xəstəlikləri kafedrası

t.ü.f.d. Əli Quliyev

Medera Hospitalı, Pediatr şöbə müdiri

MƏRUZƏÇİLƏR

Dos. Sabirə Hüseynova

ATU, I Uşaq xəstəlikləri kafedrası

Dos. Təranə Tağızadə

ATU, II Uşaq xəstəlikləri kafedrası

Dos. Nigar Bayramova

ATU, I Uşaq xəstəlikləri kafedrası

Dr. Telman Aytayev

Mərkəzi Gömrük Hospitalı, Pediatriya və Neonatologiya şöbəsinin rəisi

Dr. Xumarə Vaqif qızı

ATU, I Uşaq xəstəlikləri kafedrası

Dr. Vüsal Cəfərov

Mərkəzi Gömrük Hospitalı, Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi

Dr. Təranə Göyüşova

Mərkəzi Gömrük Hospitalı, pediatr-neanatoloq-reanimatoloq

Dr. Aygün Sadıxova

Mərkəzi Gömrük Hospitalı, Pediatr-neonatoloq-reanimatoloq

T.ü.f.d., Dr. Nərgiz Məmmədova 

ATU, II Uşaq xəstəlikləri kafedrası

Dos. İkram Rüstəmov

Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsinin dekan müavini, Qarabağ Universiteti Klinikanın başhəkimi

Nigar Həsənova

Nitq və inkişaf pozulmaları üzrə uzman

Dr. Erkin Rəhimov

Baku Medical Plaza klinikasında Pediatriya və Neonatologiya

T.ü.f.d. Əli Quliyev

Yenidoğulmuşların reanimasiyası şöbələrinin müdiri T.ü.f.d., MedEra klinikası, AzPC sədri