28.02.2020 / Həkim məsləhəti / Düz Qamət - Sağlam Həyat!

BEL AĞRILARI ÜÇÜN İDMAN HƏRƏKƏTLƏRİ. 5 HƏRƏKƏT

Rubrikanı Sizlərə Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi,

Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.


                      


Bel ağrısı və bel fəqərəarası yırtığının müalicəsi haqqında danışanda müalicəvi idman haqqında söyləmək vacibdir. Onurğamızın sağlamlığı əzələ və vətərlərin keyfiyyətindən asılıdır. Elastik bağlar  və güclü əzələlər onurğanın yüklənməyə dözümlülüyünü  və stabilliyini təmin edir. Eyni zamanda bir qədər əvvəl qeyd etdiyimiz kimi, onurğa strukturlarının qidalanması hərəkət zamanı intensivləşir. Normal qidalanma da hər bir orqanın fəaliyyəti üçün şərtdir.

Pasiyentlərimiz tez-tez hansı hərəkətlərin bel üçün faydalı olduğunu soruşurlar. Bel fəqərəarasi yırtığınız varsa, ilk öncə qeyd etmək istəyirəm - yoqa, pilates və digər standart “fitness” proqramlarında məsləhətli olmayan hərəkətlər var. Faydalı və faydasız - məsləhət olumayan hərəkətləri ayırd etmək lazımdır. Ən düzgün variant idmana başlamamış həkimlə məsləhətləşməkdir. Amma  təəssüf ki, bir çox insanlar yalnız kəskin ağrılar zamanı həkimə müraciət edir. Eyni zamanda idman da bir müalicə növüdür və hər bir müalicə növü kimi, o da fərdi şəkildə planlaşdırılmalıdır.

Bel ağrılarını yüngülləşdirmək üçün aşağıdakı hərəkətləri tövsiyə etmək olar:


1.    Hər iki ayağınızı bükün və sinə tərəfə aparın. Bu vəziyyətdə 15 saniyə qalın. 3 dəfə təkrarlayın.



2.    Yuxarıdakı hərəkəti hər ayaqla təklikdə edin. Bir ayağınızı bükün və sinə tərəfə aparın. 15 saniyə saxlayın. Hər tərəf üçün 3 dəfə təkrarlayın.



3.    Arxası ustə uzanın. Dizləriniz bükülmüş vəziyyətdədir. Çanağınızı qaldırın və endirin. 15 dəfə təkrarlayın.



4.    Dizinizi bükün. Bir ayağınızı o biri ayağınıza çarpaz kecirin. Altda qalan ayağı sinə tərəfə aparın. 15 saniyə saxlayın. Hər tərəf üçün 3 dəfə təkrarlayın.   



5.    Üzü üstə uzanın. Əlləriniz ciyninizin altında olur. Dirsəklərinizi yavaş-yavaş açırsız və bədənin yuxarı hissəsini qaldırırsınız. Çanaq və ayaqlar sərbəst yerdə qalır. 1-2 saniyə bu vəziyyətdə qalırsız və yenə üzü üstə uzanırsız.



Bu sadə və effektiv hərəkətlər bel ağrılarından əziyyət çəkənlər üçün faydalıdır.

Növbəti postumda bel fəqərəarası yırtığı zamanı trenajor zalında məsləhət olunmayan hərəkətlərdən danışacağıq. Bizimlə qalın! Hələlik!


“DÜZ QAMƏT - SAĞLAM HƏYAT!” 


Sağlam və gözəl görünmək istəyirsinizsə 
“DÜZ QAMƏT – SAĞLAM HƏYAT!” rubrikamızı izləyin. Rubrikanı Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.


Dr. Səidə Kərimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

​​​​​​​