10.06.2020 / Həkim məsləhəti / Düz Qamət - Sağlam Həyat!
BOYUN AĞRILARINDA FAYDALI
3 MƏSLƏHƏT
Rubrikanı Sizlərə Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi,
Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.
Karantin vaxtı evdən işləməli olursunuz, gün ərzində saatlarla smartfona ya da kompüterə baxırsınız? Bu cür uzun müddət qaldıqda boyun ağrıları yaranır. Hər 5 nəfərdən biri boyun ağrılarından əziyyət çəkir.
Yaşlı pasiyentlərdə onurğada daha çox degenerativ dəyişiklik olsa belə, gənc insanlarda ağrılar daha çox əzələlərin disbalansı nəticəsində olur. Bu qamət və əzələlənin düzgün işlətməməsinə görə yaranır. Smartfonu ya da kompüteri işlətdikdə qamətimizə çox vaxt fikir vermirik.
Ümumiyyətlə smartfonla əlaqəli boyun və kürəkdə olan ağrılar “text neck “ sindromu adlanır. Bütün günü başını aşağı əyib smartfona ya monitora baxdıqda boyun onurğası ətrafında əzələlərin yorulmasına və zəifləməsinə səbəb olur. Normada boyun əzələləri mərkəz (neytral) pozisiyada olan başın çəkisini saxlayır. Amma siz başınızı qabağa əyirsinizsə bu çəki 5-6 dəfə artır. Həm də saatlarla elə olur. Bu yüklənməyə əzələlər dözə bilmir, yorulur və zəifləyir. Hər gün bu baş verirsə onurğada xırda oynaqlar stabilliyi itirə bilər. Arada bu oynaqlar ilişə bilər, əzələni və sinirləri sıxır və üzunmüddətli ağrı yaranır. Siz də bu ağrıların nədən yarandığını bilmirsiniz.
Bu ağrıların qarşısını almaq üçün monitoru göz səviyyəsində saxlamaq lazımdır. Başınızı aşağı və ya da yana əyməyin. Bu Smartfona da aiddir. Həm də smartfonu fasiləsiz işlətməyin.
Boyun ağrıları ilə mübarizədə sadə idmanlar sizə kömək edəcək.
İlk öncə qamətinizi düzəldin, başınızı düz tutun, qulaq və çiyin eyni xəttdə olsun, çiyinlərinizi bir az aşağı və arxaya aparın.
1. Çiyinlərinizi arxa və aşağıya doğru 10 dəfə hərəkət etdirin.
2. Özünüzü bir qədər qaldırın. Başınızı əks tərəfə çevirin.
15 dəqiqə 3 dəfə təkrarlayın.
3. Bir əlinizi gicgah nahiyyəsinə yerləşdirin. Başınızı əks istiqamətdə çiyin tərəfə aparın, boyun əzələlərdə yüngül gərmə hiss edəcəksiniz. 15 qədər sayın. 3 dəfə təkrarlayın.
Yatmağınıza fikir verin. Böyrüstə ya da arxası ustə yatın. Üzü üstə yatmaq onurğaya ziyandır. Çünki o zaman o dəstək almır. Ortopedik boyun balışdan istifadə edə bilərsiz, bu yastıq normal boyun formasına dəstək verir. Növbəti rubrikamızda biz bel əyriliyi-skolioz haqqında danışacağıq. Bizimlə qalın!
Növbəti postumuzda biz ev şəraitində bədən balansını və stabilliyi tənzimləyən idmanlardan danışacağıq. Bizi izləyin!
“DÜZ QAMƏT - SAĞLAM HƏYAT!”
Sağlam və gözəl görünmək istəyirsinizsə
“DÜZ QAMƏT – SAĞLAM HƏYAT!” rubrikamızı izləyin. Rubrikanı Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.
Dr. Səidə Kərimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.