HƏKİMLƏRİMİZ
İlqar Tahiroğlu, yandal uzmanı
şöbə rəisi, invaziv kardioloq
Ürəyiniz hər zaman sağlam olsun.
Hər zaman ürəyinizin sağlam olmasının keşiyindəyik.
Fəaliyyət sahəsi: TAVİ, mitral clip, perifer damar angioplastikası, koronar angioplastika, sağ hemodinamik kateterizasiya, PFO qapatılması, ASD qapatılması, karotis stent, ürəyə kardiostimulyator yerləşdirilməsi.
Təhsil
Türkiyə Respublikasının Ondokuz Mayıs Universitetinin Müalicə işi fakültəsi.
Türkiyə Respublikasının Ondokuz Mayıs Universitetində internatura təhsili
İsrailin Qüds şəhərində Hadasah Tibb Mərkəzi Universitetində kardiologiya üzrə rezidentura təhsili.
İsrailin Hadasah Tibb Mərkəzi Universitetində İntervensional kardiologiya və struktural ürək xəstəlikləri üzrə təhsil proqramı.
Təcrübə və Bacarıqlar
2021-ci ildən I.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında müəllim kimi çalışır.
2021-2022 Azərbaycanın özəl tibb müəssisələrində
Həkim-kardioloq, Kardiologiya bölməsinin rəhbəri kimi çalışıb.
2022 ci ildən Mərkəzi Gömrük Hospitalında Kardiologiya şöbəsinin rəisi, yandal uzman invaziv kardioloq kimi fəaliyyət göstərir.
Nailiyyətlər və Üstünlüklər
2022 Türkiyənin “International Journal of Current Medical and Biological Sciences” jurnalına redaktor seçilib.
2022 “Frontiers in Cardiovascular Medicine” beynəlxalq kardiologiya jurnalında “Səyirici aritmiyalı xəstələrdə sol qulaqcığın airukulasının cihazla qapatılması” adlı məqaləsi dərc olunub.
Lisenziyalar və Sertifikatlar
Müxtəlif illərdə Avropa və Amerika Kardiologiya Cəmiyyətlərinin təşkil etdiyi kardioloji konfranslarda iştirak edib.
2022 Avropa Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə İ keçirilən beynəlxalq konfrans. İspaniya Krallığının Barselona şəhəri.
2022 “PCRValve2022" samittində iştirak edib. Böyük Britaniya, London şəhəri.
Üzv olduğu təşkilatlar