HƏKİMLƏRİMİZ
Leyla Fətullayeva
təcili yardım həkimi
Düzgün, keyfiyyətli və zamanında göstərilən təcili tibbi yardım - həyatları xilas edir!
Fəaliyyət sahəsi: Protokola (CPR, BLS, ACLS, ATLS) uyğun olaraq reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralanan xəstələrin təcili qəbulu, stabilləşdirilməsi və ixtisasçılara ötürülməsi; Kardiovaskulyar, pulmonar, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələr üçün ilkin qiymətləndirmə və yardım; Xəsarət almış və şok halında olan xəstələrin ilkin və yekun qiymətləndirilməsi; Beyin zədəsi olan xəstənin Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardım; Baş və üz yaralanmalarının qiymətləndirilməsi, boyun və onurğanın zədələnməsi zamanı immobilizasiya; Kiçik cərrahi prosedurların aparılması;
Təhsil
Azərbaycan Tibb Universiteti, Pediatriya fakültəsi
Azərbaycan Tibb Universitetinin II daxili xəstəliklər kafedrasının Kliniki bazasında olan Toksikologiya şöbəsində terapevt ixtisası üzrə rezidentura
Təcrübə və Bacarıqlar
Nailiyyətlər və Üstünlüklər
5 elmi iş, 1 məqalə, 4 tezis və 3 metodik vəsaitin müəllifidir.
Lisenziyalar və Sertifikatlar
2021 Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin təşkil etdiyi “Təməl Təcili Yardım” kursu, Bakı, Azərbaycan
2021 Azəri Toksikoloqlarının Dərnəyi tərəfindən təşkil olunan “Kəskin Zəhərlənmələrin Prehospital Mərhələdə Diaqnostika və Müalicəsi” e-təlimi, Bakı, Azərbaycan
2019 K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu və Uptodate İn Medicine birgə təşkilatçılığı ilə keçirilən Təkmil Həyata Dəstək (Təxirəsalınmaz Kardiovaskulyar Yardım)/ACLS üzrə Təlim kursu, Bakı, Azərbaycan
2018 3-cü Beynəlxalq Anesteziologiya və İntensiv Terapiya Konfransı, Batumi, Gürcüstan
2015 Türk İç Hastalıkları Uzmanlık Derneği tərəfindən keçirilən “Beynəlxalq Daxili Xəstəliklər Təlim Görüşləri - 6” iştirak etmişdir. - Bakı, Azərbaycan
Üzv olduğu təşkilatlar